17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Babək rayonunda erkən və qanqohumluğu nikahlarının fəsadlarından danışılıb
Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması, tərəflərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsi, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyətin müəyyənləşdirilməsi erkən və qanqohumluğu nikahlarının qarşısının alınmasında mühüm rol oynayır.
Emtv.az xəbər verir ki, bu sözləri Babək rayonunun Yuxarı Uzunoba Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
R.Seyidova qeyd edib ki, aparılan təhlillərə görə, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların 413 nəfəri və ya 21 faizi Babək rayonunda yaşayır. Bunlardan 238-i anadangəlmə, 175-i isə sonradan qazanılan sağlamlıq imkanları məhdud uşaqlardır. Rayonunun Yuxarı və Aşağı Uzunoba kəndlərində 8 sağlamlıq imkanları məhdud uşaq var ki, bu uşaqlardan 4-ü anadangəlmədir.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Hamilə qadınların qidalanması, gigiyenası və qadınlarda virus hepatitlərinin fəsadları” mövzusunda çıxış edərək, qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Babək rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranma səbəbləri barədə tədbir iştirakçılarına slayd vasitəsilə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Emtv.az