SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Müdafiə Nazirliyi: “Ordumuz düşmən üzərində qələbəni təmin etməyə hazırdır”

12-10-2017, 13:09 | Oxunub: 11 254 |

Müdafiə Nazirliyi: “Ordumuz düşmən üzərində qələbəni təmin etməyə hazırdır”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib.

Emtv.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə “Yüksək hərbi intizamın əldə olunmasında qarşıya çıxan problemlərin həlli yolları” mövzusunda çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışı ilə əlaqədar qeyd edib ki, ölkə başçısı ordu quruculuğu məsələlərinə toxunaraq torpaqlarımızın sülh yolu ilə düşməndən azad edilmədiyi təqdirdə ordumuzun mühüm döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib. Generalın sözlərinə görə ordumuz 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, yenə də düşmən üzərində qələbəmizi təmin etməyə qadirdir.

General-leytenant K.Vəliyev əmin olduğunu bildirib ki, seminara cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə danışaraq hərbi bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlar və bu sahədə şəxsi heyətlə iş üzrə zabit heyətinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Seminarda Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Rasim Kazımov, Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev, Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev və müxtəlif hərbi hissələrin zabitləri çıxış edərək hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən başlıca amillərdən olduğunu qeyd edib, həmçinin mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.

Emtv.az
Müdafiə Nazirliyi: “Ordumuz düşmən üzərində qələbəni təmin etməyə hazırdır”

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR