SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCAN ORDUSUNDA TOPLANTI

27-01-2016, 18:26 | Oxunub: 11 416 |

AZƏRBAYCAN ORDUSUNDA TOPLANTI
MN məlumat yaydı.

Silahlı Qüvvələrin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını elmi-metodiki əsaslarla daha da yüksəltmək məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin toplantısı keçirilir.


"EMTV.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev geniş məruzə ilə çıxış edib.

Silahlı Qüvvələrimizdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin təşkili ilə bağlı fikirlərini bildirən idarə rəisi Müdafiə nazirinin daim bu sahəyə ciddi diqqət yetirdiyini, bu işin təşkilində manqa komandirlərinin hazırlığına önəm yetirilməsinin zəruriliyini vurğulayıb. O, mənəvi-psixoloji hazırlığın orduda döyüş hazırlığının vacib tərkib hissəsi olduğunu və bu səbəbdən də yeni üsullarla işləməyin tələb edildiyini toplantı iştirakçılarına bir daha xatırladıb.

Hərbi vətənpərvərlik duyğularının daha da möhkəmləndirilməsində örnək hesab edilən tədbirlərin mahiyyətindən danışan R.Əliyev həyata keçirilən fəaliyyətlərin gənc zabitlərin mənəvi-psixoloji hazırlığında mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Zabitlərin qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməsi üçün bu cür tədbirlərin daha işgüzar şəraitdə keçirilməsinin vacibliyi qeyd olunaraq xüsusi vurğulanıb ki, şəxsi heyətin hərbi intizama daha ciddi riayət etməsi ordunun döyüş qabiliyyətinin möhkəmlənməsində ən zəruri amillərdəndir. Buna görə də hərbi xidmət məhz həmin meyarlar əsasında qurulur.

İdarə rəisinin müavini polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini, multikulturalizmin tolerantlıqla sıx bağlı olduğunu və ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitinin mövcudluğunu bildirib. Polkovnik bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələrdən ətraflı söhbət açıb.

Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev çıxışında toplantı iştirakçılarının diqqətinə qarşıda duran vəzifələri çatdırıb.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dünyada baş verən qlobal hadisələrdən söz açaraq hərbi cinayətlərdən, onların təsnifatından, törədilməsinə səbəb ola bilən amillərdən və həyata keçirilən hüquqi-profilaktik tədbirlərdən danışıb.

General-leytenant Xanlar Vəliyev toplantı iştirakçılarının suallarını cavablandırıb.

Təlim-metodiki toplantı öz işini davam etdirir.




AZƏRBAYCAN ORDUSUNDA TOPLANTI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR