17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Zakir Həsənov: “Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”
“Ordumuz sürətli inkişaf dövrü yaşayır”.
Bunu bu gün müdafiə naziri Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.
Müdafiə naziri bildirib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən islahatlar ordunun gücünü daha da artırır: “Ordunun silah, döyüş vasitələri və hərbi təyinatlı məhsullarla təchizatı yüksək səviyyədədir. Hərbi təhsil sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər görülür.
Minlərlə hərbçinin mənzil-məişət şəraiti yaxşılaşıb, yeni hərbi hissələr yaradılıb. Görülən işlərin nəticəsidir ki, ordumuz 2016-cı ilin aprelində düşmən üzərində qələbəni təmin edib, işğal edilən torpaqlarımızın bir hissəsi azad olunub.
Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”.
Emtv.az