17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Müdafiə naziri Zakir Həsənov: "Düşmən Naxçıvana qarşı hansısa təxribata əl atarsa, bir neçə dəqiqədən sonra onun bütün iri şəhərləri bombardıman olunacaq”
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 12-15-də Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin birgə əməliyyat-taktiki təlimləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.
Emtv.az-ın məlumatına görə, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini bildirib.
Zakir Həsənov təlimdən sonra şəxsi heyət qarşısındakı çıxışında Naxçıvanın müdafiə potensialının yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: "Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Müdafiə nazirliyinin rəhbərliyi qarşısında birmənalı şəkildə vəzifə qoyub ki, Naxçıvanda yerləşən qüvvə və vasitələr ən müasir silah və texnika ilə təmin edilməli, şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədə formalaşdırılmalıdır."
“Əlahiddə Ümumqoşun Ordu bundan sonra da Ali Baş Komandanın bütün diqqət və qayğısı ilə əhatə olunacaq”, - deyən Müdafiə naziri qeyd edib ki, düşmən qorxusundan Naxçıvan tərəfə baxmamalıdır. Düşmən birmənalı şəkildə bilməlidir ki, əgər Naxçıvana qarşı hansısa təxribata əl atsa, dərhal layiqli cavab alacaq və bir neçə dəqiqədən sonra onun bütün iri şəhərləri bombardıman olunacaq. Hamı bilsin ki, Naxçıvanın müdafiəsi yüksək səviyyədə təşkil olunub və Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb.
Emtv.az