17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Zakir Həsənov gənc zabitlərlə görüşüb – Fotolar
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və gənc leytenantların iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, Dövlət himninin ifası ilə başlayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edərək ilk zabit rütbələri almaları münasibətilə onları təbrik edib. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi barədə danışan müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb: “Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edilir, modernləşmə aparılır, müxtəlif səviyyəli genişmiqyaslı təlimlər keçirilir, yeni poliqonlar tikilir, mütəxəssislərin hazırlığı və digər fəaliyyətlər davam etdirilir”.
Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.
Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. “Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalısınız. Ordu qarşısında bir vəzifə dayanır – müharibəyə hazır olmaq və torpaqlarımızı düşməndən azad etməklə ərazi bütövlüyümüzü təmin etmək”, – deyə general-polkovnik Z. Həsənov vurğulayıb.
Müdafiə naziri çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.
Emtv.az