18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xanımı xalq artistinin səhhətindən danışdı...
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti normallaşıb.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, Rafiq Hüseynovun müalicəsi palatada davam etdirilir: “Hər şey yaxşılığa doğrudur. Yavaş-yavaş özünə gəlir.
Düzdür, hələ ki, yemək yeməyi, gəzməyi çətindir, amma həkimlər bizi arxayın ediblər ki, get-getə bütün narahatlıqlar aradan qalxacaq. Əsas odur, kritik vəziyyətdən çıxıb, indi özünü normal hiss edir”.
Həyat yoldaşı əlavə edib ki, sentyabrın 20-21-də Rafiq Hüseynov xəstəxanadan çıxıb Bakıya gələ bilər: “Həkimlərlə danışmışıq, deyirlər, iki-üç gün də gözləyək, əgər əlavə problemlər çıxmazsa, xəstəxanadan evə yaza bilərlər. Yataq şəraitindədir, ola bilər, bu vəziyyət bir ay da çəksin. Ona görə xəstəxanada artıq vaxt itirmək istəmirik. Özü də çox darıxır. Bakıdan dostları, iş yoldaşları, jurnalistlər tez-tez zəng vururlar. Xahiş edirəm, Rafiqin Hüseynovun səhhətini diqqətdə saxlayan, bu çətin günlərdə bizi tək qoymayan bütün insanlara minnətdarlığımızı çatdırın”.
Qeyd edək ki, xalq artisti R. Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.
Emtv.az