SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Xalq artistinin vəziyyəti ağırdır: "Həyatını itirə bilər"

24-06-2017, 09:51 | Oxunub: 10 869 |

Xalq artistinin vəziyyəti ağırdır: "Həyatını itirə bilər"
Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır.
Emtv.az xəbər verir ki, bu barədə azvision.az-a Xalq artistinin oğlu Hafiz Həmidov bildirib. Onun sözlərinə görə, Qəndab Quliyevanı Türkiyəyə aparmaq istəsə də, həkimlər icazə verməyib. “Anamın səhhətində ümidverici irəliləyiş yoxdur. O, hazırda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində huşsuz vəziyyətdədir. Anam insult keçirib və ürəyindən əməliyyat olunub. Əməliyyatdan sonra ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. Ciyərlərinə tez-tez su yığılırdı".

H.Həmidov anasının müalicə aldığı xəstəxanada gündəlik 1600 manat ödəniş edildiyini deyib. "Bura özəl xəstəxanadır. Xərcləri çoxdur. Hər gün 1600 manat ödəməliyik. Anamı Türkiyəyə aparmaq istədim. Ancaq həkimlər icazə vermədilər. Bildirdilər ki, onu aparatdan ayırsalar, həyatını itirə bilər. Ümidsiz vəziyyətdə qalmışıq. Hacı Nuran anamın yanına gəlmişdi. O, xəsətxananın rəhbərliyi ilə danışdı. Bildirdi ki, qiymətlərdə bizə 10-15% güzəşt ediləcək. Amma bütün hallarda əsas məbləğ qalır”.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-c ildə Xalq artisti fəxri adına layiq görülüb.

Xalq artistinin vəziyyəti ağırdır: "Həyatını itirə bilər"


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR