17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xalq artistinin ailəsi Mehriban Əliyevadan kömək istəyir - "Vəziyyət çox ağırdır"
Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun ailəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Emtv.az bildirir ki, buna səbəb sənətkarın oğlu aktyor Məmməd Zeynalovun səhhətinin ağırlaşmasıdır.
E. Zeynalovun qızı Gülbəniz Zeynalova saytımıza açıqlamasında qardaşının təcili əməliyyata alınmalı olduğunu deyib: "Hazırda həkimlər Məmmədin beynində olan qanaxmanı dayandırmağa çalışırlar. Vəziyyət çox ağırdır. Məmmədin böyrəkləri təcili olaraq dəyişilməlidir. Bu, ağır bir əməliyyatdır. Ümidimiz isə Heydər Əliyev Fonduna, şəxsən onun rəhbəri Mehriban xanım Əliyevayadır".
Qeyd edək ki, Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov bir neçə gün əvvəl insult keçirib. Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun beyninə qan sızıb. O, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlərin sözlərinə görə, aktyorun hər iki böyrəyi öz funksiyasını itirib.