17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xalq artisti xəstəxanaya düşdü
Məşhur diktor, xalq artisti Sabir Ələsgərlinin səhhəti pisləşib. Üç dəfə əməliyyat keçirən diktor yenidən xəstəxanaya düşüb.
Emtv.az-a açıqlamasında diktor getdikcə gücünün tükəndiyini deyib:
Bu qədər əməliyyat keçirdim, elə bilirdim sağalacağam. Amma vəziyyətim pisləşib. Bir aydır ki, üz-gözüm şişib, ağrılardan dayana bilmirəm. Hər gün xəstəxanaya gedib-gəlirəm. İynə-dərman, amma düzəlmirəm. Həkimlər deyir sinir ağrılarıdır. Dözə bilmirəm”.
Məşhur diktor dava-dərmana pul çatdıra bilmədiyini də bildirib: “Vallah utanıram dilimə gətirməyə. Xəstəlik insanı o hala qoyur ki, maddi problemini deməyə məcbur olursan. Deyirlər Səhiyyə Nazirliyinə müraciət et. İndiyə qədər eləməmişəm, indi də necə deyim?”
Qeyd edək ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında əməliyyat olunan diktor elə həmin xəstəxanada müalicə olunur. S.Ələsgərli üç dəfə böyrək əməliyyatı keçirib.