SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənilərin öldürdüyü azərbaycanlı məşhur: “Ayaqları külə dönmüşdü, əlləri isə…” (FOTO)

18-03-2017, 12:09 | Oxunub: 6 912 |

Ermənilərin öldürdüyü azərbaycanlı məşhur: “Ayaqları külə dönmüşdü, əlləri isə…” (FOTO)
Kim bilir, bəlkə elə “Əlvida” mahnısını yarıda qırılmış həyatına həsr edibmiş, əcəl kəməndinə qəfil tuş gələcəyi ürəyinə damıbmış…

Kimin ağlına gələrdi ki, 1994-cü il martın 19-da erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı olacaq. Metroda baş vermiş partlayış nəticəsində həyatla vidalaşacaq. Amma bu müdhiş hadisə baş verdi və hər kəsi sarsıtdı. Xalq artisti, tanınmış bəstəkar Rafiq Babayevdən söhbət gedir.

O, heç bir zaman unudulmayacaq ziyalı, bənzərsiz sənətkardır. Dünən o böyük insanın xatirə işığına yığışanlar bəstəkar haqqında danışdılar, ona həsr olunmuş “Sonuncu akkord” adlı sənədli filmə tamaşa etdilər.

Emtv.az yeniçağ-a istinadla xeber verir ki, ssenarisi Orxan Fikrətoğluna məxsus olan film Ayxan Əhmədovun rejissor yozumunda ərsəyə gəlib. Filmin bədii rəhbəri Tahir Tahiroviçdir. Bəstəkarın obrazını aktyor Sənan Əlləz canlandırıb.

Filmdə xalq artistinin sənət dostları və ailə üzvləri tərəfindən maraqlı faktlar açıqlanıb.

Xalq artisti Siyavuş Kərimi yaxın dostu ilə bağlı xatirələrini bölüşüb:

“Mənə deyəndə ki, Rafiq Babayev metroda faciəli şəkildə həlak olub, inanmadım. Bahalı texniki avadanlıqlarla dolu olan otağın qapısını açıq qoyub, “20 Yanvar” metrostansiyasına qaçdım. Orda dedilər ki, hamısını xəstəxanaya aparıblar. “Semaşko”ya qaçdım, orda Rafiqin adını siyahıda tapmadım, onu morqa aparmışdılar”.

Xalq artisti Mübariz Tağıyev sənət dostu ilə bağlı heç vaxt danışmadığı gizlinləri açıqlayıb:

“Sonradan bildik ki, özü ağır vəziyyətdə ola-ola insanlara kömək edirmiş. Elə buna görə də ayaqları külə dönmüşdü, əlləri isə yanmışdı”.

Xalq artisti Akif İslamzadə ağır xəbəri eşidəndə sarsıldığını deyib:

“Xəbəri eşidəndə inanmadım. Cəmil Əmirova zəng vurdum, onun həyat yoldaşı dedi ki, hə, belə bir hadisə baş verib. Təsəvvür edin, həmin gün o səsyazma studiyasına gedib, “Nostalji” adlı albomunu yazdıracaqdı. Amma maşını xarab olduğu üçün, metro ilə getməli olub və belə bir faciə baş verib”.

Qızı Gülarə Babayeva isə atasının hər zaman onları güclü görmək istədiyini dedi:

“Atam bizə həyatın bütün çətinliklərindən özümüzün çıxmağını öyrədirdi. Hətta uşaq vaxtı bizi pişik kimi suya tullayırdı ki, üzüb çıxa bilək. O, bizə güclü olmağı öyrətdi”.

Emtv.az/Seymur Rəhimov

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR