17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
100 kq-a yaxın narkotik tapıldı – FOTOLAR
Sabirabad RPŞ əməkdaşları tərəfindən “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq ümumi çəkisi 94 kq olan xüsusi üsulla qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad RPŞ-ə rayonun Qaratəpə kənd sakini Ramil Əhmədovun yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əhmədovun evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin həyətyanı sahəsindən ümumi çəkisi 86 kiloqram 500 qram olan 23 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.
Axtarış tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən 3 ədəd şüşə balonda, 2 ədəd sellofan torbada, iki ədəd sintetik qabqa, 10 ədəd kibrit qutusunda ümumi çəkisi 3 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Həmçinin evin otaqlarından birindən qurumaq üçün asılan ümumi çəkisi 7 kiloqram 500 qram olan olan 7 ədəd çətənə bitkisi də aşkar edilib.
Bundan əlavə R.Əhmədovun üzərindən bir büküm çəkisi 0,10 qram olan heroin də aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.