17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sabirabadda külli miqdarda narkotik vasitə aşkarlanıb
Sabirabadda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
EMTV.az yerli mətbuata istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının iyun-iyul ayları ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 26 kiloqram 522 qram müxtəlif xassəli narkotik vasitə çıxarılıb.
Qeyd edilən miqdarda narkotik maddələrin dövriyyəsi və əkilib-becərilməsi ilə məşğul olan 3 nəfər isə saxlanılaraq istintaqa təqdim edilib.
Sabirabad RPŞ-ə rayonun Kovlar kənd sakini Rövşən Ağayevin yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayevin evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin yardımçı otaqlarından birindən ümumi çəkisi 18 kiloqram 255 qram olan yaş və qurudulmuş formada olan marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, daxil olan əməliyyat məlumatı əsasında rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Qaratəpə kənd sakini Səbuhi Rüstəmovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı qeyd edilən şəxsin evinin müxtəlif hissələrində gizlətdiyi satış üçün nəzərdə tutulan ümumi çəkisi 2 kiloqram 294 qram olan marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilən çətənə kolları, onların kökləri və toxumları aşkarlanıb.
Daxil olan əməliyyat məlumatı əsasında rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Qaratəpə kənd sakini Səbuhi Rüstəmovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı qeyd edilən şəxsin evinin müxtəlif hissələrində gizlətdiyi satış üçün nəzərdə tutulan ümumi çəkisi 2 kiloqram 294 qram olan marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilən çətənə kolları, onların kökləri və toxumları götürülüb.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Soltan Ağayevin də yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı S.Ağayevin evinin zirzəmisində xüsusi üsulla 23 ədəd kibrit qutusunda qablaşdırdığı ümumi çəkisi 155 qram olan marixuana aşkar edilərək götürülüb. Əməliyyata-axtarış tədbirlərinin davamı olaraq S.Ağayevin yaşadığı evin digər otaqlarına baxış zamanı isə əlavə olaraq 5 kiloqram 218 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini, onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini və qurutduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
EMTV.az