17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Evində narkotik yetişdirən keçmiş məkhum tutuldu
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emtv.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinə (PB) Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən evlərdən birinin həyətində və otağında narkotik tərkibli kolların əkilməsi və becərilməsi barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşları tərəfindən qeyd edilən mənzilə baxış keçirilən zaman evin həyətindən və otaqların birində xüsusi üsulla qulluq edilərək yetişdirilən 623 ədəd çətənə kolu və toxumları aşkar edilərək götürülüb.
Narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı mübarizə tədbirləri çərçivəsində daha bir uğurlu əməliyyat-axtarış tədbiri isə Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən həyata keçirilib.
Belə ki, bölməyə əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Gündüz Səfərovun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxsin yaşadığı evə və həyətinə baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 960 qram olan 18 ədəd çətənə kolu və çəkisi 6 kiloqram 960 qram çətənə toxumu aşkar olunaraq götürülüb.
G.Səfərov ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emtv.az