17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
500 kiloqrama yaxın çətənə kolu məhv edildi
Göygöldə “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq, çəkisi 497 kiloqram olan 1132 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsinə başlanılıb.
Həyata keçirilən kompleks yoxlama və əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu Topalhəsənli kəndindəki torpaq sahələrindən ümumi çəkisi 497 kiloqram olan 1132 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları Göygöl RPŞ əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib. Göygöl RPŞ-də qeyd edilən faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısının vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Emtv.az