SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanda tərkibində insan əti olan kolbasaların satıldığı istisna deyil” - ŞOK

17-08-2017, 13:34 | Oxunub: 7 408 |

“Azərbaycanda tərkibində insan əti olan kolbasaların satıldığı istisna deyil” - ŞOK

Rusiyanın "Mortadel” ət kombinatında istehsal olunan kolbasaların tərkibində insan ətinin aşkar edildiyi ilə bağlı məlumat vermişdik. İddia olunur ki, kombinatın "Kral” və "Dənəvər servelat” kolbasaları üzərində aparılan tədqiqatlar zamanı tərkibində insan əti olduğu müəyyən edilib. Bildirilir ki, kimsəsiz meyitlər ət kombinatına təhvil verilir və onların əti kolbasalara vurulur.

Bəs Azərbaycanda belə hallar müşahidə oluna bilərmi?

Emtv.az xəbər verir ki, məsələ ilə bağlı bakupost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, Azərbaycan istehsalçısı buna risk etməz: "Azərbaycan istehsalçısının belə məhsul istehsal etməsi mümkün deyil. Xarici ölkələrdə ola bilər. Lakin xarici ölkələrdə istehsal edilmiş və tərkibində insan əti olan kolbasaların Azərbaycana idxalı istisna edilmir. Ola bilər ki, gətirilir və satılır. Ölkədən qidanın təhlükəsizliyinə dair qanun yoxdur, qanun olmayan yerdə də cinayət baş verir. Ölkə prezidentinin bu ilin fevral ayında imzaladığı sərəncamla Qida Agentliyi yaradılacaq və belə cinayətlər azalacaq”.

E. Hüseynov "Mortadel” ət kombinatında istehsal olunmuş kolbasaların Azərbaycana idxal edilib-edilmədiyindən xəbərsiz olduğunu da bildirib. Əlavə edib ki, Azad İstehlakçılar Birliyi kolbasaların tərkibini müəyyən edən unikal cihaz əldə edəcək: "Həmin cihaz kolbasanın tərkibində donuz, at yaxud eşşək əti olduğunu müəyyən edəcək. İstehlakçılar üçün təmənnasız olaraq istifadə edəcəyik. Kim istəsə, aldığı kolbasanı gətirib, tərkibini yoxlatdıra bilər”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR