SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Paytaxtda satılan "ölüm kolbasaları"

31-03-2017, 09:54 | Oxunub: 8 579 |

Paytaxtda satılan "ölüm kolbasaları"
Azərbaycanda kolbasa və sosislər çox istehlak olunan delikateslərdəndir. Hazırda ölkədə bu qəbildən olan müxtəlif adda və çeşiddə məhsullar istehsal olunur. Son zamanlar kolbasa və sosislərin halal olub-olmaması ilə bağlı müxtəlif ziddiyyətli fikirlər səsləndirilir. Belə ki, halal kolbasa və sosislərin hazırlanması zamanı lazım olan ətin haradan gətirilməsi, Azərbaycanda bu standartlara uyğun fəaliyyət göstərən şirkətlərin olub-olmaması əhali arasında müəyyən mənada şübhə və çaşqınlıq yaradır.

Ekspert-auditorlar Azərbaycana ət ixrac edən ölkələrə ezam olunurlar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fariz Talıblı “Report”a bildirib ki, SMPDK yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş halal məhsulların sertifikatlaşdırılması üzrə orqan “AzeSERT HALAL” MMC-nin ekspert-auditorları Azərbaycana ət ixrac edən ölkələrə ezam olunurlar: “Xarici şirkətlərin bir çoxunda istehsalata baxış keçirilir, halal məhsul istehsalı qaydalarının tələblərinin yerinə yetirilməsini, kəsim sexlərinin və işçilərin “Halal” standartlarının göstəricilərinə uyğunluğu təftiş edilir. Müəssisələr haqqında dolğun informasiya əldə edildikdən sonra istifadə olunan avadanlıqlara, laboratoriyalara texniki baxış keçirilir. Daha sonra texnoloji prosesi tam izlədikdən, şirkətlərin “Halal”, ISO 22000, baytarlıq sertifikatlarının mövcudluğuna tam əmin olduqdan sonra həmin ət məhsullarının ölkəmizə idxalına müsbət rəy verilir”.

Onun sözlərinə görə, Azərbaycan müəssisələri istehsal etdikləri məhsullara “Halal” sertifikatı almaq üçün Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş halal məhsulların sertifikatlaşdırılması üzrə orqan “AzeSERT HALAL” MMC-yə müraciət etməlidirlər: “Şirkət həmin qurumdan müəssisəyə ezam olunan ekspert qrupuna istehsalatın inspeksiyası üçün şərait yaratmalıdır. Bununla belə, onlar istehsal etdikləri məhsulların normativ sənədlərini, uyğunluq, baytarlıq və gigiyenik sertifikatları, o cümlədən xammal, qablaşdırma və köməkçi materialların halal olmasını təsdiq edən keyfiyyət sənədlərini təqdim etməlidirlər. Ekspert qrupu istehsal prosesini tamamilə təftiş etdikdən, avadanlıqlara texniki baxış keçirdikdən, məhsulların AZS 731-1-2015 (OİC/SMİİC 1:2011) “Halal Qida” Dövlət Standartı Ümumi tələblər”, AZS 386-2012 – “Halal” termininin istifadəsi üzrə ümumi qaydalara, Səhiyyə Nazirliyinin 25№-li, 30.04.2010-cu il tarixli “Qida məhsullarının təhlükəsizliyinə və dəyərliliyinə gigiyenik tələblər, sanitar-epidemioloji qaydalar və normativlərin təsdiq edilməsi haqqında” qərarına uyğunluğuna əmin olduqdan, akkreditasiya olunmuş laboratoriyada aparılmış məhsul sınaqlarının müsbət nəticəsini əldə etdikdən sonra müəssisəyə “Halal” sertifikatın verilib-verilməməsi barədə qərar qəbul olunur”.

Azərbaycanda halal məhsulların sayında ciddi artım ola bilər
F.Talıblı deyib ki, Azərbaycanda bir neçə müəssisə “Halal qida” dövlət standartının tələblərinə uyğun məhsul istehsal etdiyi üçün “Halal” sertifikatı alıb: “Hazırda bir neçə şirkət də istehsal etdikləri məhsulların “Halal qida” dövlət standartının tələblərinə uyğunlaşdırılmasına çalışır və yaxın zamanlarda “Halal” nişanı ilə istehsal olunan məhsulların sayında ciddi artım olacağı şübhəsizdir”.

Şöbə müdiri vurğulayıb ki, hər bir məhsulun normativ sənədində məhsulun tərkibi qeyd edilir və istehsal prosesində normalara mütləq əməl olunmalıdır: “Normativ sənədlərdə markalanmanın aparılması qaydaları əks olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsində də istehsalçının istehsal etdiyi məhsulun üzərində məhsul və onun tərkibi barədə dolğun məlumat göstərməsinin vacibliyi qeyd edilib. “Halal qida” məhsullarının, o cümlədən “Halal” nişanlı kolbasaların istehsalı zamanı donuz piyindən istifadə olunmasına yol verilmir. Hər bir məhsulun saxlama müddəti, şəraiti və s. göstəriciləri var, donuz piyinin vurulub-vurulmamasının məhsulun tez xarab olmasına aidiyyəti yoxdur. İstehsal prosesi təftiş olunarkən hər hansı müəssisədə donuz piyindən istifadə olunması müəyyən edilərsə, həmin şirkətin “Halal” uyğunluq sertifikatı ləğv olunacaq və müəssisə haqqında inzibati tədbirlərin görülməsi üçün müvafiq orqanlara müraciət ediləcək”.

Heyvanı kəsən insan mütləq müsəlman olmalıdır
İlahiyyatçı Ceyhun Şükürov bildirib ki, ət məhsullarının halal olması üçün İslam şəriətində bir neçə şərt qoyulub: “Bu şərtlərdən ən əsası heyvanın kəsilmə qaydalarıdır. Belə ki, heyvanı kəsən insan mütləq müsəlman olmalıdır. Heyvan üzü qibləyə “bismillah” deyərək, boğaz nahiyəsindən kəsilərək qanı axıdıldığı təqdirdə halal sayılır. Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, canı çıxmamış kəsilən heyvanlar haram sayılır. Ancaq zəruriyyət haramı dinə görə nə günah, nə də savab olan işlər halına gətirir. Dinimizdə məcburiyyət yoxdur. Çünki İslamiyyət insana əziyyət verməyən bir dindir. Bir insan özündən asılı olmayan səbəblərə görə haram olan bir şey yeməyə və yaxud eləməyə məcbur qalarsa, halal sayılmasa da öz ehtiyacını yerinə yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu günah olmaz”.

Onun sözlərinə görə, müsəlman şəxs kolbasa və ya sosislərin halal olmasına şübhə edirsə, bu məhsullardan uzaq qalsa daha yaxşıdır: “Peyğəmbərimizin hədislərində qeyd edilir ki, haram və halal bəllidir. Bunların ortası olanlar isə şübhəlidir. Bəzi xüsuslar var ki, insanların bir çoxu bunların hökmünü bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa, öz dinini qorumuş olar. Əgər bir müsəlman yediyi məhsulu istehsal edən şirkətə etibar etmirsə, güvənmirsə, halal olub-olmamasına şübhə edirsə, onda almamağı daha məsləhətdir. Ancaq bildiyi, etibar etdiyi hər hansı müəssisə varsa, ondan rahatlıqla ala bilər”.

Haram yollarla halal adı altında məhsul satmaq böyük günahlardan biridir
C.Şükürov müsalmanları aldadaraq haram yollarla halal adı altında məhsul satmağın böyük günahlardan biri olduğunu söyləyib: “Bu cür insanları şeytan aldadır, nəfslərinə qul olurlar. Müsəlman olan şəxsin haram buyurulmuş şeyləri halal adı ilə istehsal edib, tanıtması dinimizə görə günah əməl sayılır. Bu işi görənlər hiylə yolu ilə əldə etdikləri qazancın sahibi olmurlar. Nəticədə də Allah belə insanlardan öz bərəkətini götürür”.

Seçim edərkən inandığım müəssisənin məhsullarını alıram
Alıcı Cəfər Hüseynov kolbasa və sosisləri alan zaman halal olub-olmamasını bilməkdə çətinlik çəkdiyini qeyd edib: “Marketlərdə halal adı ilə satılan ət məhsulları çoxdur. Lakin bu ada aldanmaq da olmaz. Seçim edərkən inandığım müəssisənin məhsullarını alıram. Mümkün qədər toyuq kolbasalarına üstünlük verirəm”.

Mövzu ilə bağlı satıcıların fikirlərini isə öyrənmək mümkün olmadı, onlar bununla bağlı suallarımızı cavablandırmaqdan imtina etdilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR