SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dondurma şirkətindən İqtisadiyyat Nazirliyinə ittiham - Nazirliyin nə üçün belə yazdığı məlum məsələdir"

19-07-2017, 14:01 | Oxunub: 9 035 |

Dondurma şirkətindən İqtisadiyyat Nazirliyinə ittiham - Nazirliyin nə üçün belə yazdığı məlum məsələdir"
İqtisadiyyat Nazirliyi hər il mövsümlə əlaqədar olaraq dondurma istehsalı ilə məşğul olan şirkətlərdə reydlər keçirir. Bu il də nazirlik müvafiq yoxlama tədbirləri həyata keçirib və istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Maraqlısı budur ki, adı yararsız məhsul istehsalında hallanan şirkətlər ötən illərdə aparılan reydlərdə də həmin siyahıda olub. Hazırda ölkənin və paytaxtın bir sıra böyük marketlərində həmin məhsullar yenə satılır. Əgər həqiqətən bu dondurmalar insan həyatı üçün təhlükəlidirsə, bazardan niyə yığışdırılmır və ya sözügedən məhsullar geri çağırılmır?

Emtv.az xəbər verir ki, bununla bağlı qaynarinfo-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qanunvericiliyin zəif işlədiyini bildirərək dondurma şirkətlərinə müraciət etdi:

“Biz iki il öncə həmin firmalardan birinin rəhbərinin həbs olunmasının da şahidi olduq. Amma şirkət rəhbəri haqqında cinayət işi açıldığı bir vaxtda həmin dondurmaların reklamı aparılırdı. Bunun səbəbi odur ki, ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmayanda da cinayət halları baş verir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun zəifdir və onun gücləndirilməsi istiqamətində heç bir iş getmir. Təhlükəli qida məhsullarının geri çağırılma mexanizmi yoxdur. Ölkə prezidenti bu il fevral ayının 10-da Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında xüsusi fərman imzalayıb. Hazırda həmin agentliyin yaradılması üzrə işlər aparılır. Dəfələrlə demişəm ki, biz o agentliyə ümidlə baxırıq, lakin sözügedən qurum yaradıldıqdan sonra şəffaf işləməsə, ictimai nəzarət olmasa, qohum-əqrəbalar üçün iş yeri açmaq kimi bir missiyanın yerinə yetirilməsi müşahidə olunsa, vəziyyət dəyişməyəcək. Bizə İqtisadiyyat Nazirliyinin zərərli elan etdiyi dondurmalarla bağlı hər gün 20-30 şikayət daxil olur. Saytınız vasitəsilə həmin şirkətlərə müraciət edirəm. Dondurma istehsalçıları bu məsələdə haqsızlıq hiss edirlərsə, buyurub qaynarinfo vasitəsilə bizə məktub yazsınlar və biz təmənnasız olaraq şəffaf və açıq ekspertiza keçirək. Əgər problem varsa, haqq-ədaləti ortaya çıxaraq. Əks halda dövlət orqanlarının qaldırdığı məsələlər öz müsbət həllini tapacaq”.

Nazirliyin "qara siyahısı"nda olan şirkətlərdən "S.A.B.A.Şirkəti" MMC ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi Ədilə Əzimli istehsal olunan dondurmaların bütün standartlara cavab verdiyini və ən yüksək keyfiyyətlə hazırlandığını söylədi:

"Şirkətimizin qapıları hər kəsə açıqdır. Kim istəsə, gəlib buradakı istehsalın gedişinə baxa, təmizliyi, şəraiti ilə yaxından tanış ola bilər. Onların (nazirliyin - red.) nə üçün belə yazdığı məlum məsələdir".

Siyahıda adı keçən "BAND MILK" MMC-nin rəsmi nümayəndəsi Elvin Novruzov isə sözügedən məhsulların bazardan tamamilə yığışdırıldığını və nazirliyin göstərişlərinin yerinə yetirildiyini bildirdi:

"Nazirliyin yoxlanışından keçməyən məhsullarımız bazardan yığışdırılıb. Hər bir dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) olur, sadəcə normasının bir az yüksək olması aşkarlanıb və tədbirlər görülüb, həmin məhsullar firmaya geri qaytarılıb. Həmçinin nazirliyin bununla bağlı digər tapşırıqları da yerinə yetirilib".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR