17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Bu ölkələrdən gətirilən dərmanlarda problem var" - EKSPERT RƏYİ
“Azərbaycanda dərman istehsalı ümumi dərman bazarının 3 faizindən artıq deyil”.
Emtv.az xəbər verir ki, bunu metbuat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynov deyib: “Ölkəyə dərmanların 97 faizi müxtəlif ölkələrdən gətirilir. Uzun müddətdir ki, Hindistandan Azərbaycana dərman gətirilmək təşəbbüsləri var. Hindistan istehsalı bəzi dərmanlar xarici ölkələrdə o cümlədən, Avropada satılır. Azərbaycana isə məhdud sayda gətirilir, çünki Çindən, Hindistandan gətirilən dərmanlarda problemlər var."
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, ölkəmizdə istehsal olunan və ya ölkəyə idxal olunan dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar 2016-cı il yanvar ayının 1-dən istifadə təlimatı Azərbaycan dilində olmayan dərman vasitələrinin idxalı qadağan edilib.
AİİB sədri əlavə edib: “Təəssüf ki, qida əlavəsi olan mallar dərman adı altında əhaliyə satılır. Onlayn ticarətlə, reklam olunaraq əhali aldadılır. Daha sonra məlum olur ki, bunun xəstəliyə heç bir faydası yoxdur. Məsələn, çörəkotu dərmanının şəkər xəstəliyinə faydalı olduğu deyilir, ancaq bu dərman qida əlavəsidir, şəkərə heç bir xeyri yoxdur”.
Emtv.az