18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DƏRMAN QİYMƏTLƏRİNDƏ ŞOK ARTIM -APTEKLƏR BAĞLANDI
Manatın növbəti devalvasiyası dərman vasitələrinə də təsirsiz ötüşməyib. Azərbaycanda istifadə olunan dərman vasitələrinin əksəriyyəti xaricdən alınır. Dolların bahalaşması isə təbii ki, dərmanların qiymətinə təsirsiz ötüşməyəcək.
Bu səbəbdən apteklər bir neçə günlüyə bağlanılıb, yaxud dərmanlar artıq yeni qiymətlərlə satışa çıxarılır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, apteklərin müəyyən müddətə bağlanması dərman vasitələrinin yenidən qiymətinə baxılması ilə əlaqədardır.
O qeyd edib ki, manatın məzənnəsinin dəyişməsi tənzimlənən dərman vasitələrinə yenidən baxılmasını zəruri edib: “Lakin bu o demək deyil ki, tənzimlənən dərman vasitələrinin qiymətləri əvvəlkindən də baha qiymətə satılacaq. Çünki biz dərman vasitələrinin qiymətlərini dəfələlərlə aşağı salmışdıq və onların qiymətlərinə yenidən baxıldıqda belə burada artım ciddi hiss olunmayacaq”.
Apteklərin bağlı olmasına gəlincə, qurumun sözçüsü bunu dərman vasitələrinin yeni qiymətlərə uyğunlaşdırılması ilə əlaqələndirib.
Nazirlər Kabinetinin 2015-ci il aprelin 14-dəki qərarına əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.
Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.