18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bahalaşma ilə bağlı - Rəsmi açıqlama
“Dərman vasitələrinin qiyməti idxal edilən ölkələrin iqtisadi durumundan asılıdır”
Bunu Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
Qiymətlərin bahalaşması ilə bağlı məsələyə aydınlıq gətirən nazirlik rəsmisi bildirib ki, dərmanların qiyməti Səhiyyə Nazirliyi deyil, Tarif Şurası tərəfindən tənzimlənir: “Dərman vasitələrinin qiyməti yeni məzənnəyə uyğun olaraq müəyyən edilib. Noyabrın 28-də Tarif Şurası tərəfindən bununla bağlı qərar qəbul edilib”.
Dərman vasitələrinin qiymətinin keyfiyyətinə təsir etməsi ilə bağlı fikirlərə münasibət bildirən P.Əzizbəyov bunun doğru yanaşma olmadığını vurğulayıb:“Dərman vasitəsi ucuz və bahalı ola bilər. Lakin dərmanların qiyməti keyfiyyətlə bağlı deyil. Qeydiyyatdan keçmiş dərman vasitəsinin keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən təminat verilir. Satışında saxlamma şərtləri də gözlənilirsə, dərman vasitəsinin keyfiyyətində problem aşkarlanmaz”.
Onun sözlərinə görə, ölkəyə idxal edilən dərman vasitələrinin 50%-dən çoxu Avropa ölkələri, digərləri Rusiya, digər MDB ölkələri və Türkiyədən idxal edilir. Hindistan Çin və Cənubi Koreyadan ölkəmizdə qeyydiyyata alınan dərman vasitələrinin payı çox azdır.
Emtv.az