SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Kamran Həsənli-Samir Piriyev qalmaqalı davam edir: "85 mini qaytarmayıb"

17-08-2017, 12:43 | Oxunub: 7 507 |

Kamran Həsənli-Samir Piriyev qalmaqalı davam edir: "85 mini qaytarmayıb"

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir.

Emtv.az xəbər verir ki, bu barədə ölkə.az-a S.Piriyevin hüquqlarını müdafiə edən hüquqşünas Ruslan Əhmədoğlu deyib:

"Bildiyiniz kimi, Nərimanov rayon prokurorunun təqdimatı əsasında Kamran Həsənli barədə başlanılmış cinayət işi artıq il yarımdır ki, süni şəkildə yubadılır. Kamran Həsənli Samir Piriyevə külli miqdarda ziyan vurub, bacısı Gülərlə əvvəlcədən əlbir olaraq və etibardan sui-istifadə edib aldadaraq mənimsədiyi 115 min ABŞ dollarının 15 mininin əvəzinə avtomobil verib, 10 minini isə nağd pul şəklində qaytarıb. Yerdə qalan 85 min dolları isə hələ də qaytarmaq fikri yoxdur! İstintaq zamanı Türkiyəyə bu işlə müəyyən sorğular göndərməklə istintaq dayandırılmışdı. Əgər Kamran Həsənli nəinki Samir Priyevə, hətta özünə məxsus heç bir səhm göstərə bilmirsə, hansı beynəlxalq tapşırıqdan söhbət gedə bilər? Aydın məsələdir ki, Türkiyədən mövcud olmayan şirkət barəsində və səhmlə bağlı hər hansısa cavab gəlməyəcək. Onda belə çıxır ki, Samir Piriyev Bakıda əlbəəl verdiyi pulu almaq üçün Türkiyədən hansısa cavab gözləməlidir? Belə çıxır ki, istənilən şəxs Bakıda dələduzluq yolu ilə aldadıb kiminsə pulunu mənimsəyib, sonra hüquq-muhafizə orqanlarına ifadə verərək "pullar Nigeriyada və ya Afrikadadır" deməklə məsuliyyətdən azad olacaq?".

R.Əhmədoğlu işi aparan müstəntiq barədə də danışıb:

"Bu iş savadsız, təqaüd yaşına çatmış bir müstəntiqin əlində idi. İş ondan alınaraq başqa müstəntiqin icraatına verilib. O, gedər-gəlməzə sorğu göndərib, illərlə gözləyirdi. Budur obyektiv aparılan cinayət işi? Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlinin havadarlarının ikisi vəzifədən kənarlaşladırılıb. Bəs indi kimdir cinayət işinə mane olan? Bütün nazirliklərdə beynəlxalq şöbələr mövcud ola-ola, mövcud olmayan şirkət barədə cavab almaq bu qədərmi cətindir? Ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm, bu işi nəzarətə götürsünlər. Çünki artıq bu cinayət sübut olunub və alternativ variant yoxdur".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR