17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BAKIDA 265 MİN MANATLIQ CİNAYƏT
Əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin qanunsuz əməlləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
"EMTV.az" xəbər verir ki, araşdırma zamanı əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan Samir Rzayevin saxta sənədlər əsasında “Günəş Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Z.Əhmədbəyov küçəsində inşa edilmiş yaşayış binasında ümumi sahəsi 212 kvadrat metr olan 4 otaqlı mənzilin Bakı şəhər sakininə satılması adı ilə onu aldadaraq 145 min manat pulu və dəyəri 120 min manat olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən şəxsi evininin satılmasına hüquq verən notarial qaydada təsdiq olunmuş etibarnaməni almaqla özgə əmlakını ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.