SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

MÜRVƏT HƏSƏNLİ ASLAN İSMAYILOVA QALİB GƏLDİ! – “Böhtançı olduğu sübut olundu” (QƏRAR)

28-07-2017, 11:08 | Oxunub: 7 094 |

MÜRVƏT HƏSƏNLİ ASLAN İSMAYILOVA QALİB GƏLDİ! – “Böhtançı olduğu sübut olundu” (QƏRAR)
Hüquqşünas Aslan İsmayılov tanınmış iş adamı, “Xəmsə” Holdinqin sahibi Mürvət Həsənli ilə məhkəmə çəkişməsində biabırçı məğlubiyyətə uğrayıb.

Emtv.az-ın məlumatına görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Aslan İsmayılovu Mürvət Həsənliyə böhtan atdığına, onun işgüzar nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə görə cərimə edib və qarşı tərəfdən üzr istəməsi barədə qətnamə çıxarıb. M.Həsənlinin iddiası üzrə qərar iyulun 14-də hakim Elmar Rəhimovun sədrliyi ilə keçən prosesdə elan olunub.

Emtv.az xəbər verir ki, M.Həsənli hüquqşünası özünün Facebook səhifəsində paylaşdığı və musavat.com saytında yayımlanmış “Tanınmış hüquqşünas erməni şirkəti ilə əməkdaşlıq iddiasını darmadağın etdi” adlı yazıda təhqir olunmasına, böhtana məruz qalmasına görə məhkəməyə vermişdi. Aylardır davam edən proses sonunda məhkəmə M.Həsənlini haqlı hesab edib. Məhkəmə böhtan və təhqir xarakterli ittihamlarına görə, A.İsmayılovun özünün Facebook səhifəsində və “Musavat.com” portalında təkzib dərc etməsi və mənəvi zərərə görə qarşı tərəfə simvolik məbləğdə – 500 manat cərimə ödəməsi barədə qətnamə çıxarıb. Bundan başqa, A.İsmayılov aparılmış ekspertizaya görə də dövlət büdcəsinə 250 manat ödəməlidir.

Emtv.az xəbər verir ki, M.Həsənli azpolitika-ya açıqlamasında məhkəmə qərarını ədalətin bərpası və Aslan İsmayılovun böhtançı olduğunun sübutu adlandırıb.

MÜRVƏT HƏSƏNLİ ASLAN İSMAYILOVA QALİB GƏLDİ! – “Böhtançı olduğu sübut olundu” (QƏRAR)

MÜRVƏT HƏSƏNLİ ASLAN İSMAYILOVA QALİB GƏLDİ! – “Böhtançı olduğu sübut olundu” (QƏRAR)


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR