SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı” - David Santulli

17-08-2017, 10:16 | Oxunub: 5 231 |

“Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı” - David Santulli
Amerika Birləşmiş Ştatlarının Massachusetts ştatının Boston şəhərində yerləşən, mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti David Santulli bu il avqustun 11-də övladları ilə birlikdə Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

O, ölkəsinə qayıtdıqdan sonra “Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı” sərlövhəli məqalə yazaraq rəhbərlik etdiyi təşkilatın unitedplanet.org internet saytında yerləşdirib. Emtv.az azərtac-a istinadən həmin məqaləni oxucularına təqdim edir.

"Mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən və Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti kimi mənim həm peşəkar, həm də ailəmlə birlikdə dünyanı gəzmək imkanım oldu.

Bu yaxınlarda mən övladlarım Troy və Tristan ilə birlikdə “Natig Travel” turizm şirkətinin dəstəyi ilə Naxçıvana səfər etdik və bundan çox məmnun olduq. Belə ki, səfər etdiyimiz ən möhtəşəm yerlərdən biri olan Naxçıvan təbii gözəllikləri, qədim tarixi və qonaqpərvər insanları ilə zəngin diyardır. Türkiyə, İran və Ermənistan arasında yerləşən Naxçıvan nəinki Azərbaycanın, ümumilikdə bütün Asiyanın mədəniyyət paytaxtıdır. Azərbaycan Respublikasına səfəri Naxçıvana səyahət etmədən tamamlanmış hesab etmək olmaz. Naxçıvan həmçinin Nuh Peyğəmbərin vətəni kimi tanınır. Rəvayətə görə Nuh Peyğəmbərin gəmisi dünya daşqını zamanı üzərək ərazidəki möhtəşəm Haçadağa dəyib. Yerli əhali həmçinin iddia edir ki, burada olan duz şaxtaları da ərazinin su altında qaldığını təsdiq edir.
Duz mədənlərində fəaliyyət göstərən müalicə ocağı xüsusi hava xüsusiyyətləri ilə yaxın və uzaqdan gələn qonaqları qəbul edir. Bir zamanlar Naxçıvan həm Duz Yolları, həm də Qədim İpək Yolunun mərkəzində yerləşmişdir. YUNESKO buradakı ipək istehsalı sənətini mədəni xəzinə elan etmişdir.

“Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı” - David Santulli
Naxçıvan ərazisindəki möhtəşəm dağlar, çaylar, göllər və geniş vadilər Dünya tufanına şahidlik etmiş, bu gün isə özlərində keçmişin izlərini qeyri-adi şəkildə yaşadırlar. Dağın üstündə olan qədim Əlincə qalası, incə qüllələr və romantik əfsanə dolu XII əsrə aid Möminə xatın türbəsi, saraylar, məscidlər və dini ərazilər, xüsusilə Əshabi-Kəhf ziyarətgahı Naxçıvandakı inanılmaz xəzinələrdən bir neçəsidir.
Qeyd etməliyəm ki, ailəmlə birlikdə səfərim müddətində Naxçıvanda dərin hörmətlə qarşılandım. Lakin bəzən elə məqamlar oldu ki, onları xüsusi qeyd etməliyəm. Belə ki, hər dayandığımız ərazidə yerli insanlarla söhbət etdik, qarşılıqlı məlumatlar paylaşdıq, onların xoş münasibətlərinin şahidi olduq. Tanımadığımız bir yerdə əcnəbi vətəndaş kimi, bu cür gözəl qarşılanmaq bizi çox ­sevindirdi.


Yaponiyalı şair Ryunosuke Satoro demişdir: “Tədqiqat hikmət köküdür”. Naxçıvana səfər etməklə biz öz dünyagörüşümüzü zənginləşdirdik, eləcə də Naxçıvanın yaşadığımız dünyanın mədəni və təbii naxışı olmasını öyrəndik, necə deyərlər, bunun şahidi olduq. Biz “Natig Travel” şirkəti və Naxçıvan əhalisinə alicənablıqlarına və qonaqpərvərliklərinə görə minnətdarıq. İnanırıq ki, öz dövründə bura səfər edən Nuh Peyğəmbər kimi, ərazi ilə maraqlanan səyahətçilər Naxçıvana səfər etsələr, onların həyat haqqında fikirləri dəyişə bilər."

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR