SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Pakistan mətbuatı: Naxçıvan Azərbaycanın İslam dünyası ilə mədəni bağların qurulmasında özünəməxsus əhəmiyyətə malikdir

6-07-2017, 12:49 | Oxunub: 10 286 |

Pakistan mətbuatı: Naxçıvan Azərbaycanın İslam dünyası ilə mədəni bağların qurulmasında özünəməxsus əhəmiyyətə malikdir
Pakistanın dailyparliamenttimes.com portalı, “Parliament Times” qəzeti və internet versiyasında ingilis dilində “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı 2018” adlı məqalə dərc olunub.

Məqalədə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçildiyi bildirilir, Naxçıvan Muxtar Respublikasının tarixi keçmişinə, iqtisadi nailiyyətlərinə və turizm potensialına geniş yer verilir.

Məqalədə Azərbaycanın tərkib hissəsi olan muxtar respublikanın özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 deputatın seçilməsi və Ali Məclis Sədrinin muxtar respublikanın yüksək vəzifəli şəxsi olması haqqında məlumat verilir. Qeyd olunur ki, bu diyarda 5 minillik tarixə malik şəhər mədəniyyəti mövcuddur. Naxçıvan Şərq sivilizasiyasının beşiyi olmaqla yanaşı, dünyanın ticarət, sənətkarlıq, elm və mədəni mərkəzlərindən biri hesab edilir.

Naxçıvan Muxtar Respublikasının tarixinə yer verən müəllif Naxçıvanın vaxtilə əsası Şəmsəddin Eldəniz tərəfindən qoyulmuş Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu, həmin dövrdə də Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi dünyada şöhrət qazandığı qeyd olunur. Məqalədə 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra təcavüzkar Ermənistanın Naxçıvanı ilhaq etmək siyasəti yeritməyə və dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar həyata keçirməyə başladığı, lakin Naxçıvan əhalisinin bu bölgənin Azərbaycanın tərkibində qalması üçün böyük əzm göstərdiyi vurğulanır. 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi və həmin il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinin Naxçıvanın gələcək taleyinin həll edilməsində əhəmiyyətli rol oynadığı, nəticədə, Naxçıvan Muxtar Diyarının əsasında 1924-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının təsis edildiyi diqqətə çatdırılır.

Hazırda üç tərəfdən işğalçı Ermənistan ərazisi ilə əhatə olunmuş muxtar respublika ərazisinin blokada vəziyyətində olduğu, lakin blokadanın ağır şərtlərinə baxmayaraq, muxtar respublikada əhəmiyyətli inkişafın nəzərə çarpdığı, iqtisadi irəliləyişin səviyyəsinə görə muxtar respublikanın Azərbaycanın digər bölgələri arasında ilk yerdə olduğu diqqətə çatdırılır. Yeni istehsal sahələrinin sayının artması və müəssisələrin genişləndirilməsi nəticəsində muxtar respublikada təxminən 400 adda yerli məhsulun istehsal olunduğu bildirilir.

Naxçıvanın turizm potensialına geniş yer verən müəllif Naxçıvanın özünün arxeoloji abidələri və İslam memarlıq əsərləri ilə məşhur olduğu, burada bir çox qədim məktəblərə, tarixi məscidlərə, saraylara, məqbərələrə, sənətkarlıq və folklor nümunələrinə, muzeylərə rast gəlindiyi, həmçinin çoxlu sayda müasir memarlıq abidələrinin də mövcudluğu qeyd edir. Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral bulaq, 400-ə yaxın böyük və kiçik çayların olduğunu, bölgədə turizmin mövcud yerli infrastruktur, mədəni irs, tarixi və təbii abidələr əsasında qurulduğu, hətta ərazinin relyefi və iqlim şəraitinin də nəzərə alındığı, xammala ehtiyac olmadan və ətraf mühitə heç bir zərər vurmadan həyata ke­çirildiyi, bu baxımdan Naxçıvanın çox zəngin turizm potensialına malik olduğu bildirilir.

Muxtar respublika ərazisindəki 1162 tarixi-mədəni abidədən 58-nin dünya, 455-nin ölkə, 649-nun isə yerli əhəmiyyətə malik olduğu Naxçıvanın özünün dini ibadət yerlərinə görə də məşhurluğu ilə seçildiyi, bunlardan “Qurani-Kərim”in “Kəhf” surəsində xatırlanan Əshabi-Kəhf mağarasının önəmli yerlərdən birini təşkil etdiyi diqqətə çatdırılır. Bu dini-mədəni abidə kompleksini ziyarət etmək istəyənlər üçün hər cür şəraitin yaradıldığı, hər il on minlərlə insanın buranı və eyni zamanda Naxçıvanın cənubunda yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin ərazisində yerləşən Nuh Peyğəmbərin türbəsini də ziyarət etdiyi qeyd olunur. Muzeylər diyarı kimi də adlandırılan Naxçıvan Muxtar Respublikasında həmçinin kitabxanaların sayının da 235-ə çatdığı bildirilir. Dünyada mövcud olan 11 iqlim zonasından 7-nə muxtar respublikada rast gəlindiyi, bölgənin zəngin bitki və heyvanat aləminin, coğrafi mövqeyinin təamlı Naxçıvan mətbəxinə təsir edən əsas amillərdən olduğu bildirilir. Təbii resurslarla zəngin olan Naxçıvan Muxtar Respublikası eyni zamanda təbii müalicə obyektləri ilə də məşhur olduğu, bronxial-astma, xroniki bronxit, astma komponenti mövcud olan xroniki bronxit allergiyası, astmaöncəsi xəstəliklərin buradakı Duzdağ Fizioterapiya Mərkəzində tam müalicə edildiyi, Naxçıvandakı “Darıdağ” adlandırılan termal suların isə dəri xəstəliklərinin müalicəsi üçün çox effektiv olduğu, həzm sistemi xəstəlikləri isə Naxçıvanın məşhur “Badamlı”, “Sirab” mineral suları vasitəsilə müalicə edildiyi qeyd olunur.

Məqalədə həmçinin 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi ili” elan olunduğu, 54 müsəlman ölkəsini təmsil edən idmançıların iştirakı ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda uğurla keçirildiyi ifadə edilərək, Azərbaycanın əhəmiyyətli mədəni, tarixi və siyasi mərkəzlərindən biri kimi Naxçıvanın ölkənin bütün sahələrində önəmli rol oynamaqla yanaşı, eyni zamanda Azərbaycanın İslam dünyası ilə mədəni bağlarının qurulmasında özünəməxsus əhəmiyyətə malik olduğu bildirilir. Üzümüzə gələn 2018-ci ildə də Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcəyi diqqətə çatdırılır.

Pakistan mətbuatı: Naxçıvan Azərbaycanın İslam dünyası ilə mədəni bağların qurulmasında özünəməxsus əhəmiyyətə malikdir


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR