17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bərdəlilərə müjdə: Vidadi İsayev bu rayona başçı gedir
Bakının Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısı postu uğrunda mübarizəyə daha bir qalmaqallı məmur qoşulub.
Emtv.az xəbər verir ki, mətbuata bu dəqiqələrdə sızan məlumata görə, Bərdənin icra hakimiyyəti başçısı Vidadi İsayev iş yerini dəyişməyə hazırlaşır.
Bu ayın sonuna qədər Bərdə rəhbərliyindən gedəcəyi iddia olunan V.İsayevin paytaxtın Yasamal rayon icra hakimi təyin olunacağı gözlənilir.
Artıq Bərdə RİH-də çamadan ab-havası olduğunu deyən qaynağımızın sözlərinə görə, V.İsayevin xəbəri rayonda yayılıb.
Paytaxta icra başçısı gedəcəyini Bərdə RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsgəndər İsmayılova qeyri-rəsmi şəkildə bildirmiş V.İsayev məsələni yuxarılarla razılaşdırdığını söyləyib.
İ.İsmayılov V.İsayevə müraciət edərək artıq yorulduğunu və istefaya getmək istədiyini açıqlayıb.
İcra başçısı şöbə müdirinə bir az gözləməyi məsləhət görüb və deyib ki, yaxın vaxtlarda Bakının ya Yasamal ya da Xətai rayonuna icra başçısı təyin ediləcək, ondan sonra istefaya gedər.
Bildirilir ki, Bərdəyə kimin icra başçısı təyin olunacağı da məlumdur. Mənbə bu kresloya bir neçə namizədin olduğunu açıqlayıb.
İddialara görə, Gəncənin icra başçısı Elmar Vəliyevin xalası oğlu, hazırda Bərdənin maliyyə rəisi Mehman Allahverdiyevin və Yevlaxın icra başçısının müavini Namiq Süleymanovun şanslarının yüksək olduğu deyilir.
Mənbə bildirir ki, N.Süleymanovun bir vaxtlar Goranboyun icra başçısı olmaq fürsəti yaranıb. Lakin həmin ərəfədə Nizaməddin Quliyev “Şöhrət” ordeni almaqla mövqelərini möhkəmləndirdi və Gəncə şefi E.Vəliyev klanına mesaj vermiş oldu.
Ondan sonra E.Vəliyev ona yaxın kadr olan N.Süleymanovun Goranboya rəhbər göndərilməsi planını təxirə salmalı oldu. İndi onun da, M.Allahverdiyevin də şansları bərabərdir.
Əslində Yevlaxa rəhbərlik etdiyi dövrdə E.Vəliyev öz kadrlarını və müavinlərini ayrı-ayrı rayonlara icra başçısı yerləşdirməyə nail olmuşdu.
Onun Gəncəyə təyinatından sonra müavini olmuş Qoca Səmədov Yevlaxın icra hakimi təyin olundu. Vidadi İsayevi Bərdəyə rəhbər gətirdi, Müstəqim Məmmədov isə Tərtərə başçı getdi.
İndi də V.İsayevin Bakıya gedəcəyi üçün plan işə salınıb. Qeyd edək ki, işlədiyi müddətdə V.İsayev Bərdədə müsbət imic qazanmayıb və ona çoxlu şikayətlər, ittihamlar olub.
Emtv.az