17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İcra başçısı şəhid ailəsinə polis göndərdi - “Qəbula gəlsən, tutacağıq”
İsmayılova Yasəmən Ənvər qızı son 20 gün ərzində üç dəfə Bərdənin icra başçısı Vidadi İsayevin qəbuluna düşməyə cəhd göstərib. Lakin şəhid xanımı olan Y.İsmayılovanı qəbul edən olmayıb. Bu azmış kimi, icra başçısı şəhid ailəsinin üstünə polis göndərib.
Bakipost.az-a danışan Y.İsmayılovanın sözlərinə görə, həyat yoldaşı Ələkbərov Zöhrab Cəlal oğlu1992-ci ildə Şuşa-Laçın istiqamətində Qaladərəsi yaxınlığında şəhid olub: "Bu günə kimi övladlarımı min bir əziyyətimlə böyüdüb boya-başa çatdırmışam. Dövlətin qayğısından da narazılığım olmayıb.
Ancaq elə məmurlar var ki, onlar üçün bu dəyərlər qalmayıb. Onlar dövlət başçısı kimi, şəhid ailələrinə həssaslıq nümayiş etdirə bilmirlər.
Belə olmasaydı Bərdənin icra başçısı bu 20 gün ərzində üç dəfə müraciətimdən birinə müsbət cavab verərdi, məni qəbul edərdi, deyərdi ki, görüm şəhid ailəsinin nə dərdi var.
Axırıncı dəfə Bərdə rayon İcra Hakimiyyətində olanda ordakı polislərə dedim ki, məmurların borcu xalqa xidmətdir və prezident onları bura təyin edib ki, bizim problemlərlə maraqlansınlar.
Dedim ki, Vidadi İsayev məni qəbul etmirsə, bundan prezidentə şikayət yazacağam. Sağ olsun, bu sözlərimin əvəzində o da şəhid ailəsinə qarşı "humanistlik” göstərdi”.
Y.İsmayılova bildirir ki, aprelin 10-da yaşadıqları evə polis mayoru gəlib: "Dəhşətdir, vallah... Polis mayoru mənə deyir ki, bəs icra başçısını təhqir etmisiniz, o da sizdən şikayətçidir. Ad-soyadımı qeyd dəftərçəsinə yazdı, başçının qəbuluna getmək istədiyimə görə həbslə hədələdi. Şəhid ailəsinə göstərilən münasibətə baxın.
Vidadi İsayev üstümüzə nümayəndəsini göndərib problemimizi öyrənmək əvəzinə polis yollayır ki, hədə-qorxu gəlsin, mən də prezidentə yazmaqdan çəkinim.
Hər halda mən icra başçısının qəbulunda öz dərd-sərimi danışacaqdım, başqa nə deyəcəkdim ki?! Şəhid yoldaşı qəbula düşə bilmirsə, adi Bərdə sakini nə etsin?”
Emtv.az