SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nazirin məzuniyyətə çıxan başçı qardaşı Yasamala rəhbər gedir

1-08-2017, 12:15 | Oxunub: 11 759 |

Nazirin məzuniyyətə çıxan başçı qardaşı Yasamala rəhbər gedir
Yasamal rayon icra başçısı postuna real namizədlərdən biri kimi Mərdan Camalovun adı çəkilir.

Mətbuata daxil olan məlumata görə, Şirvan şəhər icra başçısı, medafiə sənayesi nazirinin qardaşı M.Camalovun paytaxtın bu rayonuna rəhbər göndərilməsi gözlənilir.

Məlumatda deyilir ki, Şirvan şəhər icra hakimiyyətində çamadan ovqatı müşahidə olunur. İcra başçısının Yasamala gedəcəyi barədə şəhərdə də danışırlar.

Hazırda məzuniyyətdə olan nazir qardaşının yuxarı dairələrlə əlaqəsi və nüfuzu M.Camalovun Yasamalın icra başçısı olmağına gətirib çıxarır.

Məlumatda deyilir ki, Şirvan şəhərinə xeyli vaxtdır rəhbərlik edən M.Camalovun reputasiyasının Yasamala uyğun olduğu deyilir.

Nazir qardaşının artıq Yasamala icra başçısı getməsi üçün siyasi razılıq olduğu da iddia olunur. Hələlik Yasamalın icra başçısının kim olacağı qeyri-müəyyəndir.

Lakin bəzi məmurların bu post uğrunda dəridən-qabıqdan çıxdığı, güclərini səfərbər etdiyi, resurslarını və himayəçilərini hərəkətləndirdiyi haqda iddialar var.

Bəzi məlumatlara görə, çoxdandır Bakı rayonlarından birinə başçı getmək eşqi ilə alışıb yanan Daşkəsənin icra başçısı Əhəd Abıyev və Samuxun icra hakimi Alı Qocayev çırmanıblar.

İddialara görə, Ə.Abıyev də, A.Qocayev də Yasamala icra başçısı getmək arzusundadırlar. Lakin Ə.Abıyev deyilənləri təkzib edib.


Məlumatda bildirilir ki, M.Camalovun yerinə Şirvana kimin icra başçısı təyin olunacağıl hələ dəqiqləşməyib. Ancaq nazir qardaşının da bu təyin olacağı halda paytaxta getməsi ürəyinə yatır.


Yasamalın icra başçısı olmuş İbrahim Mehdiyev vəzifəsindən kənarlaşdırılandan sonra ona heç yerdə iş verilməyib. Qocaman sabiq məmurun bundan sonra vəzifəyə gedəcəyi də gözlənilmir.

Hacı Cavad məscidinin özbaşına sökülməsinə qərar vermiş İbrahim Mehdiyevin Allah evinə qarşı bu münasibəti heç cür anlaşılan deyil.

Xəbərə görə, Mingəçevirin icra hakimi Niyazi Bayramov, Statistika Komitəsinin sədri Tahir Budaqov, Daşkəsənin icra hakimi Əhəd Abıyev bu posta iddialıdır.

Həmçinin, Samuxun icra başçısı Alı Qocayev, Nəsimi rayon rəhbəri Asif Əsgərov da bu vəzifəyə təyin oluna bilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.

Ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerini tutmaq uğrunda cox ciddi mübarizənin başlandığına dair xəbərlər yayılmaqdadır.

Məsələ ondadır ki, Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal, hakimiyyətdaxili klanların öz nəzarəti altına almaq istədiyi əsas ərazilərdən biri hesab olunur. Bu rayonun "qiyməti” son illər daha da artıb.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR