17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Samir Şərifovun üç başçının qohumu olan kadrı təzə vəzifə eşqində – Detallar
Bərdə maliyyə rəisi Mehman Allahverdiyev vəzifəsindən narazıdır
Üç icra hakimi ilə qohum olan maliyyə rəisi yeni post eşqinə düşüb.
Bir müddət əvvəl onun Tərtərin icra hakimi olmaq istədiyi haqda məlumatlar mətbu səhifələrdə dolaşırdı.
Yeni xəbərə görə, Bərdənin maliyyə rəisi icra başçısı olmaq üçün perskepktiv olmadığını anlayıb. Onun regional maliyyə idarəsi rəisi olmağa hazırlaşdığı bildirilir.
Bərdə maliyyə rəisi Mehman Allahverdiyev Gəncəbasar “qubernatoru” Elmar Vəliyevin xalası oğludur.
Digər bir maraqlı məlumat isə, Mehman Allahverdiyev həm də Yevlaxın icra başçısı Qoca Səmədovun və Bərdənin icra başçısı Vidadi İsayevin qohumu olduğu bildirilir.
Üç icra başçısı ilə qohum olan maliyyə rəisi nazir Samir Şərifovun onu regional idarə rəisi qoyacağına ümid edir. Ancaq hələ ki struktur islahatı başlamayıb.
Məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev kifayət qədər etibarlı şəkildə “sığortalanmış” məmurlardandır.
Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevdən anonim məktublar ünvanlayır. Büdcə təşkilatları Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə yazırlar.
Daxil olan məlumatda iddia olunur ki, məmurları boğaza yığan maliyyə rəisi haqda ölçü götürülməsi xahiş edilir.
Məlumata görə, maliyyə rəisi Yevlaxdan Bərdəyə təyinat aldıqdan sonra sələfi Rza Əliyevə rəhmət oxudur. Mehman Allahverdiyevin dövründə vəziyyət daha da pisləşib.
M.Allahverdiyev büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacaq.
Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar.
Məlumatlara görə, M. Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir. Onların ünvanına çatdırır ki, Gəncənin icra başçısı tərəfindən mühafizə olunur.
Emtv.az