SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Milli Şuranın yeni Rüstəm İbrahimbəyovu Abbas Abbasov ola bilər

7-08-2017, 14:18 | Oxunub: 7 184 |

Milli Şuranın yeni Rüstəm İbrahimbəyovu Abbas Abbasov ola bilər
Milli Şura ilə “Milyarderlər ittifaqı”nın yaxınlaşdıran Rüstəm İbrahimbəyov faktoru idi. 2013 seçkilərində iddialardan biri MŞ-nın rus projesi olmasıydı; Hətta Müsavat partiyası bu layihəni Kremlin planı adlandırıb qurumu tərk etmişdi...

Emtv.az-ın yerli mətbuata istinadən xəbərinə görə, son günlər yayılan məlumatlardan biri isə Abbas Abbasovun müxalifətin namizədi ola biləcəyidir.

Analitik yazar Azər Rəşidoğlu da bu versiyanı istisna etməyib. Onun sözlərinə görə, Abbasov ictimai rəyə sırına bilər.

Əgər bu layihə baş tutsa, böyük ehtimalla Abbasova MŞ-dan dəstək gələcəyi gözlənilir. Çünki digər partiyaların və Müsavatın ona münasibəti birmənalıdır.

Lakin Əli Kərimlinin çiyinləri üzərində dayanan Milli Şura seçkidə hakimiyyətə təzyiq etmək üçün hər bir qüvvə ilə əməkdaşlığa getməyə hazırdır.

İndi də Milli Şuranın vahid namizədi sırasında baş nazirin keçmiş birinci müavini, Rusiyadakı «Milyarderlər İttifaqı»nın Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun adı çəkilir. Bu məsələ onun bir neçə gün əvvəl Rusiyadan Azərbaycanda bəzi qüvvələrə yönəlik sərt bəyanatdan sonra meydana çıxıb.

Hətta bəzi media orqanları Milli Şura sədri Rüstəm İbrahimbəyovun tez-tez «Mənim özümün prezidentliyə namizədim var» deyəndə, adını açıqlanmadığı şəxsin məhz Abbas Abbasov olduğunu ehtimal edir.

Hətta Milli Şuranın son mitinqlərində A.Abbasov barmağının olduğu iddia edilir. Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov mətbuata son müsahibəsində bu mövzuda sensasion sayılacaq iddialar səsləndirib.

Deputat ÜAK-ın qeydiyyatı ilə bağlı problemi “Rusiya ilə Azərbaycanın arasına girən qüvvələrin mövcudluğu” ilə izah edib.

Y.Abramov deyib ki, “yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2013-cü il seçkiləri ərəfəsində ”Milyarderlər ittifaqı" kimi, oxşar hadisələr baş verə bilər.

A.Abbasov yenidən fəallaşıb və Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün yenidən başına toplamağa başlayıb.

Bildirilirdi ki, A.Abbasov bu dəfə revanş alacağını, onu Bakıya buraxmayan hakimiyyətin hətta ona baş nazir vəzifəsi təklif edəcəyini iddia edir.

A.Abbasov hələ ki gizli fəaliyyətə üstünlük versə də, ona yaxın adamların artıq “donu açılıb”. Məsələn, “AzərRos” da onun ən yaxın adamlarından biri olan qurumun Nijniy-Novqorod təşkilatının Ağsaqqallar Şurasının üzvü Vidadi Abbasov fəal şəkildə ÜAK-ın əleyhinə aşkar təbliğat aparır.

Amma belə güman etmək olar ki, 2018-ci il seçkiləri ərəfəsində A.Abbasov Rusiyadakı qüvvələrin maraqlarına indilikdə daha çox uyğun olan fiqurdur.

Əvvəla ona görə ki, hakimiyyətlə bütün körpüləri yandıran A.Abbasovun itirəcəyi bir şey qalmayıb. O, hətta özünün vaxtilə dediyi kimi, “imkan verməsələr, Bakıda dəfn də edilməyəcək”. İkinci bir məqam, A.Abbasovun hakimiyyət hərisliyidir.

Onu tanıyanların dediyinə görə, bütün kateqoriyadan olan insanlarla ünsiyyət qurmaqda usta olan A.Abbasov məhz birincilik iddiası səbəbindən heç vaxt siyasi uğur qazanmayıb, əksinə, təmsil olunduğu yerlərdə intriqa ocaqları yaradıb ki, “AzərRos”la bağlı qalmaqalları xatırlamaq kifayətdir.

Nəhayət, A.Abbasov burada hələ də özlərini məharətlə gizlədən adamlarına güvənə bilər. Hansı ki, onların bir neçəsi “Milyarderlər ittifaqı” oyunundan sonra “özünü yandırdı”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR