SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dağıstanda VİP tikən Abbas Abbasovun oğlu Azərbaycandan üz çevirdi - iddia

23-06-2017, 12:50 | Oxunub: 11 326 |

Dağıstanda VİP tikən Abbas Abbasovun oğlu Azərbaycandan üz çevirdi - iddia
Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, iflasa uğramış “Milyarderlər ittifaqı” layihəsinin rəhbəri Abbas Abbasovun oğlu da Azərbaycandan üz çevirib.

Emtv.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, keçmiş deputat Aydın Abbasov sosial şəbəkələrdə hakimiyyət əleyhinə olan statusları layk etməklə siyasi mövqeyini dəyişib.

A.Abbasov Feysbukda iqtidara yönəlik tənqid yazanları izləyir, layk edir. Onun nə vaxtsa Milli Şuraya qoşulacağını da istisna etmək olmaz.

Necə ki, Gültən Hacıbəyli düşərgəni dəyişib. Onun küskünlüyü isə atası ilə bağlı baş verənlər və deputat seçilməməsidir.

Üstəlik, Aydın Abbasov Azərbaycandan elə üz çevirib ki, Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının ərazisində çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir. Bu barədə “RİA Dagestan” agentliyi bildirir.

Agentliyin məlumatına görə parkın ərazisində sürətli templə “Derbent-Plaza” yaşayış kompleksinin tikintisi davam edir. Baxmayaraq ki, parkın ərazisində hər hansı tikinti işlərinin aparılması qadağan olunmuşdu.

Tikinti işləri bir neçə ay əvvəl başlayıb. Apreldə binanın cəmi 3 mərtəbəsi tikilmişdisə iyunun 20-nə olan məlumata görə binanın artıq 7-ci mərtəbəsi tamamlanmışdı.

Bəzi məlumatlara görə bu layihə bir qrup sahibkar tərəfindən həyata keçirilir ki, onların arasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dostu olan Abbas Abbasovun oğlu da var.

Abbas Abbasova ilk ciddi zərbə isə Azərbaycandakı biznesinin çökdürülməsi ilə vuruldu.

Bunun ardınca, onun qardaşı Nadir Abbasov Azərbaycan Beynəlxalq Bankından götürdüyü 10 milyon dollar krediti ödəyə bilmədiyi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldı.

Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü və pulu vaxtında ödəyə bilmədiyi üçün saxlandığı bildirilir.

Şərti adı “Milyarderlər ittifaqı” olan oliqarxlar vadisi təzədən siyasi arsenala çıxmağa hazırlaşır. Kremlin təzyiq rıçaqına çevirdiyi bu təşkilatın missiyası seçkidən-seçkiyə fəallaşmaqdır.

Moskva 2018-ci il prezident seçkilərində yeni namizədlə iştirak etməyi planlaşdırır. Bu planın tərkib hissəsi isə ÜAK-ın qeydiyyatını ləğv etməkdir.

Başqa bir tərəfdən, prezident İlham Əliyev hakimiyyətinə 2018 seçkisində təzyiq etmək üçün “Milyarderlər ittifaqı”nı hərəkətləndirmək lazımdır.

Qərb institutları hakimiyyətə insan haqları və demokratiya mövzusunda təzyiqlər edirsə, Rusiyanın şantajı daha çox bu üslubda olur - meydana öz texnikasını çıxarır. Hər halda 2013 hadisələri yaddan çıxmayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR