SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Abbas Abbasov, Fərhad Əhmədov və İsgəndər Xəlilov anti-Azərbaycan projedə...

10-07-2017, 12:50 | Oxunub: 12 590 |

Abbas Abbasov, Fərhad Əhmədov və İsgəndər Xəlilov anti-Azərbaycan projedə...
2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri yaxınlaşdıqca Rusiyadakı bir sıra qüvvələrin seçki hazırlıqlarına başladıqları barədə məlumatlar yayılmaqdadır.

Yayılan xəbərlərə görə, bu dəfə seçkilərdə Azərbaycan iqtidarına qarşı qurulacaq ittifaqa baş nazirin keçmiş birinci müavini Abbas Abbasov rəhbərlik edəcək.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, A.Abbasovla yanaşı oliqarx Fərhad Əhmədov, İsgəndər Xəlilov da anti-Azərbaycan projedə yer alırlar.

Azərbaycandan xaricə getmiş insanların bir çoxu həmin ölkələrin əlində Azərbaycan hakimiyyətinə və ölkəmizə qarşı sanki bir silahdır.

Rusiyada 3 milyon azərbaycanlı var. Bu qədər insan Azərbaycanda yaşasaydı, bacarıqlarını Azərbaycanın inkişafına sərf eləsəydilər, ölkəmiz indikindən dəfələrlə güclü olardı.

A.Abbasov, F.Əhmədov və İ.Xəlilov milyonlarını azərbaycanlılar üçün sərf etmirlər, ölkəyə yatırım qoymurlar, ölkənin inkişafına töhfə vermirlər. Bu oliqarxların fəaliyyəti rus dirijor çubuğundan asılıdır.

İndi o üç milyon adamın bir qismi, əsasən də maliyyə imkanı yüksək olan bir sıra insanlar Azərbaycan iqtidarına qarşı Moskvanın bir siyasi silahıdır.
İstənilən vaxt o silahdan istifadə edilir. Növbəti prezident seçkilərində də həmin siyasi silahdan istifadə olunacaq.


“Milyarderlər ittifaqı” layihəsinin yenidən dirilməsi mümkündür. Abbas Abbasov onların içində ən güclülərindəndir.

Azərbaycanın daxilində də Rusiyanın maraqlarını müdafiə edən qüvvələr var ki, onlar da Abbasovun yaratdığı ittifaqda bu və ya digər şəkildə iştirak edəcəklər.

Həmin qüvvələrin çoxu hakimiyyətin daxilindədir. Rusiyadan komanda gələn kimi onlar müxtəlif sahələrdə hərəkətə keçəcəklər.

Rusiyanın seçkilərdə təkcə Rusiyadakıları yox, Azərbaycanın daxilindəki qüvvələrini də işə salmaq imkanı var.

Son zamanlar, xüsusən də ABŞ-da keçirilən seçkilərdən sonra Rusiyaının xarici ölkələrdə keçirilən seçki prosseslərinə müdaxilə etməsi dünya mətbuatının bir nömrəli araşdırma məsələsinə çevrilib.

Azərbaycana gəldikdə isə Rusiya 2013-ci ildə açıq şəkildə seçkilərə müdaxilə etdi. Bunu Rusiyada yaşayan milyarder azərbaycanlıların və Azərbaycan müxalifətinin üzərindən həyata keçirdi.

Bu gün heç kimə sirr deyil ki, 2013-cü ildə birdən - birə siyasi arenada peyda olan “Milyarderlər İttifaqı” və Milli Şura məhz Rusiyanın layihəsi idi.

2013-cü ilin seçki prosesində faktiki olaraq Rusiyda yaşayıb böyük biznes sahibi olan bütün azərbaycanlı iş adamları Rusyia üçün Azərbaycana və Azərbaycan hakimiyyətinə qarşı təzyiqalətinə çevrildi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR