SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Referendum sonrası: “5-ci kolon” üzvləri iqtidardan qovulur - Şok pərdəarxası

30-06-2017, 15:25 | Oxunub: 6 906 |

Referendum sonrası: “5-ci kolon” üzvləri iqtidardan qovulur - Şok pərdəarxası
Parlamentdə “5-ci kolon” üzvlərinin olmasını bəzi deputatlar da etiraf ediblər. Ancaq bu qüvvələr işini davam etdirməkdədir. Əksinə, onlar fəallaşıblar.

Emtv.az-ın xəbərinə görə, hakimiyyət referendumdan sonra yürütdüyü siyasətdə Rusiyadan qopmaq ssenarisini da çizib.

Bunun bir yolu da Kremlə bağlı məmurları, deputatları sistemdən kənarlaşdırmaqdır. Növbəti seçkidə həmin deputatları parlamentdə görməyəcəksiniz.

2018 seçkisinə qədər və sonrakı müddətdə də mərhələli şəkildə Moskvapərəst qüvvələr hakimiyyətdən uzaqlaşdırılacaq. Prezident İlham Əliyev və islahatçı komandası Rusiya Dumasını adamı kimi özünü aparanlarla vidalaşmağa hazırlaşır.

Məsələn, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Rusiyanın böyük rolu olduğunu deyən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin bu açıqlaması siyasi partiyaların kəskin etirazına səbəb olub.

Ondan əvvəl Araz Əlizadə və başqalarının da çıxışlarında Rusiyanın xoşuna gəlmək meyilliliyi hiss olunub.

BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, kənardan elə bir təəssürat yaranır ki, Arif Rəhimzadə Milli Məclisin deyil, Rusiya Dövlət Dumasının deputatıdır.

Emtv.az-ın yerli mətbuata istinadən xəbərinə görə, hakimiyyət ruspərəst qüvvələrə güvənmir. Onlar “5-ci kolon”un üzvü kimi istənilən an Azərbaycan dövlətinə arxa çevirə bilər.

Azərbaycanda seçkilər yaxınlaşır. Keçən dəfə, 2013-cü ildə keçirilən seçkilərdən öncə Rüstəm İbrahimbəyov Azərbaycana göndərilmişdi.

Gəldi, öncə Ziyalılar Forumu yaratdı, sonra “Milli Şura” adlanan bir qurum formalaşdırdı, bu insanlar “demokratiyanın dəstəkçisi, hüquqi dövlət quruculuğunda Rusiyada xüsusi rol oynamış” bir şəxs kimi Vladimir Putinə müraciət ünvanladılar.

O zaman Azərbaycan hökumətinin qətiyyətli mövqeyi, ölkədəki siyasi təşkilatların böyük əksəriyyətinin nə baş verdiyinin fərqində olması, bu məsələdə hökuməti dəstəkləmələri, sözsüz ki, Rusiyanı geri addım atmağa məcbur etdi.

Azərbaycan hakimiyyətinə mesaj ünvanlamaq istəyirlər ki, biz ölkədə sabitliyi poza, hakimiyyət dəyişikliyinə cəhd edə bilərik, amma etmirik… Anlamırlar ki, Qarabağ məsələsində ədalətli mövqe tutmayacaqları və işğala son qoyulmayacağı təqdirdə Azərbaycan indikindən artıq Rusiyaya yaxınlaşa bilməz. Kimsə qonşu Rusiya ilə münasibətlərin pozulmasını istəmir.

Hətta hakimiyyətin içindəki anti-Rusiya qanadı ritorikanı o dərəcədə gücləndirib ki, “5-ci kolon”un parlamentdə üzvlərinin olduğuna işarə verir.

Yeni Azərbaycan Partiyasının rəsmi qəzeti olan “Yeni Azərbaycan” qəzetində deputat Vahid Əhmədovun təklənməsi, ona olmazın ittihamların irəli sürülməsi, hakim partiyanın deputatı Siyavuş Novruzovun tələm-tələsik müsahibəsində “bəzi iqtisadçı deputatlar” ifadəsi, onların anti-Azərbaycan fəaliyyətində olduğunu deməsi sıradan bir proses deyil.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR