SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABBAS ABBASOV GİZLİ TOPLANTILARA BAŞLADI- 2018-ci ildə qayıdacağını vəd edir

28-07-2017, 09:00 | Oxunub: 9 627 |

ABBAS ABBASOV GİZLİ TOPLANTILARA BAŞLADI- 2018-ci ildə qayıdacağını vəd edir
Sabiq vitse-primyer regiondakı adamları vasitəsilə yenidən “diaspor liderinə” çevrilmək niyyətindədir.

Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun son aylar yenidən siyasi səhnədə fəallaşması barədə ötən sayımızda xəbər vermişdik. Məlumatlarda qeyd olunurdu ki, Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamaq işinə girişən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.


Sabiq vitse-primyer tərəfdarlarına deyib ki, Kreml hələ də ona etimad edir və yenidən önə çıxacaq. Onun Rusiya regionlarındakı keçmiş tərəfdarlarını da Moskvadakı gizli ofisinə toplayaraq təlimatlandırdığı deyilir.

Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin rəsmi saytı isə Vladimir Putinin A.Abbasova məktub yazdığı barədə xəbər yayıb. Kremlin mətbuat xidmətinə istinadən yayılmış məktubda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova “fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə” təşəkkür edib.

ABBAS ABBASOV GİZLİ TOPLANTILARA BAŞLADI- 2018-ci ildə qayıdacağını vəd edir

Putinin təşəkküründən “AzerRos”un prezidenti Mehriban Sadıqova geniş məktub hazırlayıb və A.Abbasovun Rusiya-Azərbaycan əlaqələrinin inkişafında fəaliyyəti geniş təhlil olunub. Məktubda diqqətçəkən bir məqam da var. “AzerRos”un prezidenti yazır ki, “Rusiya prezidentinin Abbas Abbasova məktubu ona və onun əqidə dostlarına ciddi mənəvi dəstəkdir”.
ABBAS ABBASOV GİZLİ TOPLANTILARA BAŞLADI- 2018-ci ildə qayıdacağını vəd edir

Rusiyadakı Azərbaycan diasporasındakı bir mənbə mətbuata deyib ki, A.Abbasov təcili olaraq regional diasporların iclaslarını keçirməklə bağlı göstəriş verib. Artıq bir neçə regionda bu cür toplantıların keçirilməsi barədə xəbərlər var. A.Abbasov regiondakı adamları vasitəsilə “diaspora liderinə” çevrilmək niyyətindədir. Mənbə deyib ki, son olaraq Samarada “Abbas Abbasovun ətrafında birləşək” niyyəti ilə toplantı olub. Bildirilir ki, sabiq vitse-primyer Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən sonra Rusiyada “azərbaycanlıların nicatı” statusuna iddialıdır. Böyük ehtimalla A.Abbasov yaxın müddətdə “Azərbaycan diasporasının təkidi” ilə yenidən rəsmi olaraq fəaliyyətə başlayacaq. Onun “AzerRos”a Ağsaqqallar Şurasının sədri kimi qayıdacağı, ilin sonunda isə ümumiyyətlə təşkilata rəhbərlik edəcəyi deyilir.

Xatırladaq ki, hələ ötən ilin oktyabrında A.Abbasov “AzerRos”un rəhbərliyində siyasi fəaliyyətini dayandırmışdı. Amma heç kimə sirr deyildi ki, özünün ən yaxın adamı kimi tanınan Mehriban Sadıqovanı “AzerRos” rəhbərliyinə uzun dartışmadan sonra gətirə bilmişdi. M.Sadıqova da istənilən vaxt yerini A.Abbasova verə bilər.

A.Abbasovun 2013-cü ildə yaratdığı “Milyarder ittifaqı” hakimiyyətə qarşı çıxmışdı və baş rolda da sabiq vitse-primyer idi. Amma hakimiyyət Kremlin bu projesini dağıtdı və ən çox zərərçəkən də A.Abbasov oldu. Ona Azərbaycanda ölmək belə yasaqlandı. Onun yenidən anti-Azərbaycan planında yer almasına rəsmi Bakıdan hələ ki reaksiya yoxdur…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR