SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib

28-07-2017, 09:44 | Oxunub: 12 677 |

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında nazir, general-leytenant Şamı Abdullayev çıxış edib.

Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış altıncı sessiyasında tapşırılıb ki, hüquq-mühafizə orqanları yaradılan şəraitdən istifadə edərək maarifləndirmə-profilaktika tədbirlərini düzgün təşkil etməli, nizam-intizamı daim möhkəmləndirməli, ictimai asayişin və sabitliyin qorunması üçün səylə çalışmalıdırlar. 2017-ci ilin ikinci yarısında fəaliyyətimiz bu istiqamətdə qurulacaq.

Nazir bildirib ki, cari ilin yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin zabit-gizir ailələri üçün Naxçıvan şəhərində 48 mənzilli xidməti yaşayış binasının açılışı olub.

Şamı Abdullayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 mart 2016-cı il tarixli Sərəncamının icrası təmin edilib və «Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası» nəşr edilib .

Hesabat dövründə istismara verilən 6 təhlükə potensiallı obyekt, 56 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınıb, 8 texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi verilib. 43 təhlükə potensiallı obyektdə əməli yoxlamalar keçirilib, 17 müəssisədə 109 ədəd təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, 6 müəssisədə maşın və mexanizmlər, avadanlıq və qurğular texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilib. 2 tibb müəssisəsində kompleks mülki müdafiə təlimi, 1 obyektdə əməli məşğələ, 4 obyektdə konfrans keçirilib, mülki müdafiə kursunda 1367 nəfər mülki müdafiəyə və fövqəladə hallara hazırlanıb. 181 obyektdə mülki müdafiə işinin təşkilinə metodiki yardım göstərilib, 76 müəssisədə 3642 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Vurğulanıb ki, Naxçıvan şəhərində 3 yaşayış binasının zirzəmisində təmir işləri aparılıb, təmir olunan 86 yaşayış binasında tüstü bazalarının vəziyyəti və qaz cihazlarının sazlığı xüsusi cihaz vaitəsi ilə yoxlanılıb. 13 binanın zirzəmisi pasportlaşdırılıb, 23 içməli su mənbəyində monitorinq keçirilib, su anbarlarının ərazisində dezinfeksiya işləri aparılıb.

Nazir deyib ki, muxtar respublikada yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə aparılan profilaktiki tədbirlər nəticəsində yanğınların sayı ötən illə müqayisədə 33,3 %, dəymiş ziyan isə 80,4% azalıb.

Uzunoba çimərliyində istirahət edən vətəndaşların və turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iyul ayının 1-dən etibarən Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətindən gündəlik olaraq 5 nəfərdən ibarət xilasedici heyətin növbətçiliyi təşkil edilib.

Kollegiya iclasında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov, Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Razim Vəliyev, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinin icraçısı polkovnik-leytenant Azadil Hüseynov çıxış edərək görülən işlər barədə məlumat veriblər.

Kollegiya iclasında 2017-ci ilin ikinci yarısında görüləcək işlərlə bağlı iş planı təsdiq olunub və qərar qəbul edilib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR