17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İki rayonda helikopterlərin iştirakı ilə əməliyyat keçirildi – Saxlanılanlar var
İyulun 25-26-da Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunub ki, DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Həmin cinayətlərin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı zəruri tədbirlər davam etdirilir.
Emtv.az