18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda dollarlaşma dərəcəsi azalmağa davam edir
Azərbaycan əhalisinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il iyunun 1-nə 74,52% təşkil edib. Ötən ay bu göstərici 76,6%, yanvarın 1-nə 79,63%, keçən ilin analoji dövründə isə 80,87% təşkil edib.
EMTV.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi iyun ayının 1-nə 75,2% olub. Keçən ay bu göstərici 74,85%, bu il yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 80,77% təşkil edib.
Kreditlərin strukturunda isə 2017-ci il iyunun 1-nə dollarlaşma dərəcəsi 45,75%, yanvarın 1-nə 47,32%, ötən il iyunun 1-nə 46,82%-ə bərabər olub. Cari ilin mayın 1-nə isə kreditlərin strukturunda dollarlaşma dərəcəsi 48% təşkil edib.
EMTV.az