17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır – CƏDVƏL
Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib. Emtv.az Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verir.
Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.
Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.
Regionların adı Orta faiz dərəcəsi
Aran iqtisadi rayonu 22,2
Dağlıq Şirvan iqtisadi rayonu 21,8
Şəki-Zaqatala iqtisadi rayonu 21,6
Lənkəran iqtisadi rayonu 21,5
Quba-Xaçmaz iqtisadi rayonu 19,2
Gəncə-Qazax iqtisadi rayonu 19,1
Yuxarı Qarabağ iqtisadi rayonu 17,4
Abşeron iqtisadi rayonu 15,9
Kəlbəcər-Laçın iqtisadi rayonu 12,2
Naxçıvan iqtisadi rayonu 9
Bakı şəhəri 9,1
Azərbaycan 10,6
Emtv.az