SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Xəstəxanalarda xərclərin bölüşdürülməsi ilə bağlı nöqsanlar aşkarlanıb – RƏSMİ

10-04-2017, 10:26 | Oxunub: 8 613 |

Xəstəxanalarda xərclərin bölüşdürülməsi ilə bağlı nöqsanlar aşkarlanıb – RƏSMİ
Azərbaycanın rayonları üzrə dərman və ərzaq xərclərinin proqnoz göstəricilərinin çarpayı günləri ilə müqayisəli təhlili nəticəsində bir sıra uyğunsuzluqlar müəyyən edilib.

Emtv.az-ın report-a istinadən xəbərinə görə, bu, Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Qeyd olunub ki, 2013-cü ildə bir çarpayı gününə düşən ərzaq xərci Ağcabədi rayonu üzrə 1,82 manat, Goranboy rayonu üzrə 0,61 manat, Sabirabad rayonu üzrə 2,46 manat, Kürdəmir rayonu üzrə 1,34 manat, Balakən rayonu üzrə 0,73 manat, Ağsu rayonu üzrə 0,61 manat, Neftçala rayonu üzrə 1,96 manat, Masallı rayonu üzrə 1,29 manat, Xaçmaz rayonu üzrə 0,99 manat, Şəki şəhəri üzrə 1,42 manat, Şəmkir rayonu üzrə 4,37 manat, Tərtər rayonu üzrə 0,92 manat olub. Təhlili aparılmış sonrakı illərdə də bir çarpayı gününə düşən ərzaq xərci rayonlar üzrə müxtəlif olub.

Bundan başqa, dərman xərci proqnozlaşdırılarkən rayonlar üzrə çarpayıların və çarpayı günlərinin nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci də müxtəlif olub. Belə ki, 2013-cü ildə bu göstərici Ağcabədi rayonu üzrə rayonu üzrə 1,87 manat, Goranboy rayonu üzrə 0,87 manat, Sabirabad rayonu üzrə 2,30 manat, Kürdəmir rayonu üzrə 0,6 manat, Ağsu rayonu üzrə 0,32 manat, Neftçala rayonu üzrə 1,01 manat, Masallı rayonu üzrə 1,32 manat, Xaçmaz rayonu üzrə 0,52 manat, Şəki şəhəri üzrə 0,45 manat, Şəmkir rayonu üzrə 6,97 manat, Tərtər rayonu üzrə 0,90 manat olub. Təhlili aparılmış sonrakı illərdə də bir çarpayı gününə düşən dərman xərci rayonlar üzrə müxtəlif olub.

Eyni zamanda “Səhiyyə” bölməsi üzrə rayon və şəhərlər üçün nəzərdə tutulan dərman və ərzaq xərclərinin struktur bölmələri arasında bölüşdürülməsi və icrası zamanı da müvafiq uyğunsuzluqlara yol verilib, xərclərin çarpayı günlərinin sayına müvafiq olaraq mütənasib bölgüsü təmin edilməyib.

Analitik təhlilin nəticələri müvafiq tədbirlərin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Səhiyyə Nazirliyinin cavab məktubunda islahatların 49 rayon və şəhərdə başa çatdırılaraq 30 600 çarpayının ixtisar edildiyi və islahatların digər rayon və şəhərlərdə davam etdiyi, yeni ərzaq normativlərinin hazırlandığı, respublikanın səhiyyə müəssisələrinin dərman və sarğı vasitələri ilə təminatının 2015-ci ildən, ərzaq təminatının isə 2017-ci ildən mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi bildirilib.

Hesabat Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR