SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək"

4-04-2017, 10:58 | Oxunub: 9 562 |

"Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək"
“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalmasını proqnozlaşdırır.

Emtv.az milli.az-a istinadən xəbər verir ki, agentliyin kiçik vitse-prezidenti Mariya Malyukova APA-ya açıqlamasında bildirib ki, bu il Azərbaycanın bank sektorunda “təmizləmə” davam edəcək: “Hesab edirəm ki, bank sektorunda “təmizləmə”, yəni bankların sayının azalması prosesi bu il də davam edəcək”.



Onun sözlərinə görə, banklar indiyədək manatın devalvasiyasının neqativ təsirləri ilə mübarizə aparmaqdadırlar. “Təbii ki, hazırda bankların əsas məqsədi problemli kreditlərlə mübarizə aparmaqdır. Başqa sözlə, əsas hədəf kreditlərin restrukturizasiyası və qaytarılması, o cümlədən risklərin minimallaşdırılmasıdır. Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin azalması, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır. Kredit itkiləri və valyuta riskləri səbəbindən kapitallaşma aşağı səviyyədə olaraq qalır”, – deyə M.Malyukova qeyd edib.



Vitse-prezident əlavə edib ki, bank sektorunun depozit portfelində dollarlaşma yüksək səviyyədə qalmaqdadır: “Bəzi bankların açıq valyuta mövqeyi qalmaqdadır ki, bu da onları istənilən məzənnə volatilliyinə qarşı həssas edir”.



“O qədər də asan olmayan iqtisadi şəraiti və bank sektorunda qalmaqda olan riskləri nəzərə alaraq deyə bilərəm ki, bu il üçün Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativ olaraq qalır”, – deyə o bildirib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR