17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bankları gözləyən aqibət: Hamısının bağlanma təhlükəsi var
Hazırda ölkədə təxminən 33 bank fəaliyyət göstərir. İlin əvvəlində verilən proqnoza görə, daha 13 bank fəaliyyətini dayandıracaq.
İqtisadçı ekspert Natiq Cəfərli cebhe.info-ya açıqlamasında qeyd edib ki, yaxın iki ildə ölkədə fəaliyyət göstərən bankların sayı kəskin azalacaq. Ajiotajın yaranmaması, banklara inamın itməməsi üçün bu prosesin sağlam təşkil edilməsi vacibdir:
“Banklarda vəziyyət kifayət qədər ağırdır. Beynəlxalq strukturlar, təşkilatlar da hesabatlarında ölkədəki bank sistemini əks etdiriblər. Bu cür reytinq şirkətləri Azərbaycan banklarındakı vəziyyətin kifayət qədər ağır olduğunu açıqlayıb”.
İqtisadçının sözlərinə görə “Moody”sin son hesabatında Azərbaycan banklarında təqribən 25 faizdən artıq problemli kreditlərin olması ilə bağlı rəqəm açıqlayıb. Halbuki, hökumət bu rəqəmi 9 faiz olaraq göstərib:
“Azərbaycan hökumətinin göstərdiyi 9 faiz problemli kredit üçün çoxdur. Dünya təcrübəsinə görə problemli kreditərin həcmi 3 faizi ötdükdə bank sistemində rekvizitlik vəziyyət yaranır. Yalnız müxtəlif müdaxilələrlə vəziyyətdən çıxış yolu tapılır”.
Hələlik hökumətin açıqladığı rəsmi rəqəmlərə görə, Azərbaycanda problemli kreditlər 3 qat artıqdır. Belədə bankların fəaliyyəti üçün daha ağır vəziyyət yaranır. Banklar kredit verə bilmir, öncəki kreditləri də toplamaqla problemlər yaranır:
“Hazırda ölkədə iqtisadi aktivlik çox aşağıdır. Mərkəzi Bank sərt manat siyasəti yeridir, pul dövriyyəsini azaltmaqla bankların fəaliyyətini daha da gərginləşdirir. Banklar isə öz növbəsində valyuta əməliyyatlarından pul qazanaraq ayaqda qalmağa çalışırlar. Konkret olaraq 13 bankın deyil, fəaliyyətdə olan bütün bankların bağlanma təhlükəsi var. Heç bir bank bağlanma təhlükəsindən sığortalanmayıb. Bu il də davam edəcək ilkin prosesdə ötənilki kimi kiçik bankların bağlanması labüdləşəcək. Maraqlısı budur ki, hökumət bu prosesi necə təşkil edəcək?”
Ekspertin fikrincə, ötənilki kimi cəmiyyəti maarifləndirmədən ajotajlı situasiya yaradacaqsa, yenə də vətəndaşlar banklardan əmanətlərini geri çəkəcək:
“Banklara inamın azaldılmaması üçün öncədən maarifləndirmə lazımdır. Düşünürəm ki, “çürük” və problemli bankların bağlanması, onların birləşdirilməsi zəruridir. Konkret hanısa bankların bağlanması məsələsi Mərkəzi Bankın Nəzarət Palatasının işidir. Bankların Mərkəzi Bank tərəfindən ucuz kreditlərə çıxış imkanları dayandırılmasa, yəqin ki, yaxın iki ildə cəmi 10-15 bank fəaliyyətini davam etdirəcək”.
Xatırladaq ki, devalvasiyadan sonra “Bank Standart”, “Kredo Bank”, “Zaminbank “,“Euro Bank”,“Royal Bank”,“Deka Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “United Credit Bank”, “AtraBank”, “Qafqaz İnkişaf Bankı”, “Texnika Bank” fəaliyyətini dayandırıb.
Emtv.az