SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bir sıra bankların bağlanması nəticəsində 4200 bank işçisi iş yerini itirib

10-03-2017, 11:29 | Oxunub: 11 965 |

Bir sıra bankların bağlanması nəticəsində 4200 bank işçisi iş yerini itirib
"Hazırda bank sektoru ən çətin dövrlərini yaşayır. Ötən dövr ərzində bir sıra bankların bağlanması nəticəsində 4200 bank işçisi iş yerini itirib".

Emtv.az xəbər verir ki, bunu "Azərbaycanda Amerika Ticarət Palatası" ("AmCham-Azerbaijan") və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

Onun sözlərinə görə, devalvasiya nəticəsində sahibkarların və əhalinin ödəniş qabiliyyəti zəifləyib: "Bu, bankların vəziyyətinə və onların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərib. Bu baxımdan bank üçün effektivliyin artırılması istiqamətində atılan hər bir addım önəmlidir".

Sədr banklarda səyyar yoxlamalar zamanı bazar qiymətləri məsələsinə də toxunub: "Banklarda oxşar mal və xidmətlərə görə təqdim olunan bazar qiymətləri ilə bağlı daim Vergilər Nazirliyi əməkdaşları ilə problemlər yaranır. Çünki banklar tərəfindən müxtəlif strategiyalar tətbiq olunur. Bununla bağlı təklifimiz ondan ibarətdir ki, kredit faizlərinə bazar qiyməti prinsipi ya ümumiyyətlə tətbiq olunmasın və yaxud tətbiq olunarkən eyni bankda olan kreditlər üzrə, yəni son 30 gündə verilən kreditlər üzrə bazar faizi anlayışı tətbiq edilsin. Restrukturizasiya olunan kreditlərlə də bağlı təklifimiz oxşardır. Təklif edirik ki, restrukturizasiya olunan kreditlərlə bağlı bazar qiyməti ümumiyyətlə tətbiq olunmasın. Olunarsa, yalnız restrukturizasiya olunmuş kreditlər əsasında bazar qiymətinin müəyyən olunması və hesablanması həyata keçirilsin".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR