17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar Respublikada ümumi əhalinin 30,8 faizini gənclər təşkil edir
Bu il yanvarın 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 720 nəfər artaraq, 449 min 143 nəfər təşkil edib.
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olub ki, bu da 1996-cı il yanvarın 1-i ilə müqayisədə 21 nəfər çoxdur.
1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 111,3 min nəfər artıb. Son 22 ildə muxtar respublikada 65,1 min nikah bağlanıb, 160 min uşaq doğulub.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salıb. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olubsa, hazırda bu göstərici 4,1 nəfər təşkil edir. Hər min nəfər doğulan 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil edib.
Doğumun dinamik artımı gənclərin ümumi sayının artmasına da şərait yaradıb. Əgər 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 2017-ci il yanvarın 1-nə bu göstərici 30,8 faizə çatıb. 1995-ci illə müqayisədə gənclərin sayı 64 min nəfər artaraq, 138 min nəfərdən çox olub.
Emtv.az