18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Naxçıvan ziyalıları Azərbaycan mətbuatında” kitabı nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı işıq üzü görüb.
EMTV.az yerli mətbuata istinadən bildirirlər ki, kitabda Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda Naxçıvan ziyalılarının rolu öz əksini tapıb. Nəşrdə ilk milli mətbu orqan olan “Əkinçi”dən sonra XX əsrin əvvəllərində yaranan və milli mətbuatın inkişafına yeni istiqamət verən “Şərqi-rus” və onun naşiri, redaktoru Məhəmməd ağa Şahtaxtılı, o cümlədən “Molla Nəsrəddin” jurnalı və onun redaktoru, görkəmli ədib Cəlil Məmmədquluzadə, dərginin ikinci redaktoru olmuş məşhur mollanəsrəddinçi şair və publisist Əliqulu Qəmküsarın xidmətlərindən ayrı-ayrılıqda bəhs olunur.
Kitabda, həmçinin ”Molla Nəsrəddin” üslubunda çap olunan “Baraban” jurnalının redaktoru olmuş görkəmli diplomat və siyasi xadim Behbud ağa Şahtaxtınski və “Şeypur” jurnalının redaktoru Məhəmmədəli Sidqinin xidmətləri də yer alıb.
EMTV.az