SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Kremldən Bakıya sensasion proje: Oliqarx uşaqları hakimiyyətə gəlir - Pərdəarxası

11-07-2017, 14:12 | Oxunub: 6 827 |

Kremldən Bakıya sensasion proje: Oliqarx uşaqları hakimiyyətə gəlir - Pərdəarxası
Putinin hakimiyyətə gəlişindən sonra Yeltsin dövrünün oliqarxları bir-biri sıradan çıxarıldıqları kimi onların törəmələri də tədricən Rusiyanı tərk etdilər.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, onların yerini isə hazırda Kremlə yaxın oliqarxların törəmələri tutur. Belələrinin bir çoxu heç 40 yaşlarını haqlamadan milyarderə çevriliblər.

Oliqarxların uşaqları ali məktəbləri bitirən kimi dərhal iri şirkətlərdə və dövlət korporasiyalarında yüksək vəzifələr tuturlar.

Bir-iki pillə yüksələndən sonra vitse-prezident vəzifəsi və ya rəhbərliyə yaxın olan digər postlar əldə edirlər.

Kremlə yaxın bütün oliqarxlar və iri məmurlar sistemli şəkildə öz törəmələrini sanballı vəzifələrə yerləşdirirlər. Beləliklə də atalarının istefaya gedəcəyi halda onları əvəzləyən yeni elita formalaşdırılır.

Analitik yazır ki, əslində bunda yeni və təəcüblü heç nə yoxdur. Bütün dövlərdə həmişə siyasi və iqtisadi elita öz törəmələrini ən pullu, ən mühüm vəzifələrə yerləşdirməyə çalışıblar. Məsələ ondadır ki, güclü dünyanın uşaqlarının yüksək mövqeləri tutması sanballı qohumları və valideyinləri olmayanlar üçün sosial lifti kəsməli deyil.

Emtv.az xəbər verir ki, oxşar ssenari Azərbaycanda da həyata keçirilir. Bu təbii prosesdə özünü yaxşı tərəfdən göstərə bilən, savadlı və Qərb təhsilli gənclər hakimiyyət postlarında yer almaq imkanları əldə edəcək.

Moskvadan Bakıya transformasiya olunan proses qoca və korrupsiyaya bulaşmış məmurların sistemdən kənarlaşdırılması ilə müşayiət oluna bilər.

Məsələn, baş nazir Artur Rasizadədən tutmuş Bakı meri Hacıbala Abutalıbova qədər bir sıra yaşlı məmurların istefa zamanıdır.

Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyatın da həvalə olunması məhz siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü deməyə əsas verir. İqtidar gənc kadrlarla yeni idarəçilik sisteminə keçid etməyə hazırlaşır.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.

ASAN Xidmət, poçtların ləğv olunub yeni sistem yaradılması, vitse-prezidentlik institutu yeni idarəçilik modelinin ilkin qaranquşlarıdır. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti gəncləşir.

Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.

İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR