SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Vergilər naziri Fazil Məmmədovun vitse-prezidentlik yolu tamamilə bağlandı

6-01-2017, 14:44 | Oxunub: 15 738 |

Vergilər naziri Fazil Məmmədovun vitse-prezidentlik yolu tamamilə bağlandı
İslahatçı kadrdan revanş: nazirin vitse-prezidentlik yolu necə bağlandı?

Yerli mətbuata daxil olan xəbərə görə, nazirin bir müddət əvvəl bu post uğrunda səyləri nəticəsiz qalıb.

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Vergilər Nazirliyində yüksək post tutmuş Natiq Əmirov nazirin bu yüksəlişində hasar olub. F.Məmmədov birdəfəlik yeni təyinat şansını itirib.

Mənbənin qeydlərinə görə, iqtidar daxilində vitse-prezidentlik üstündə gedən didişmələrdə F.Məmmədov da iştirak edirdi. Amma peşəkar iqtisadçı olan N.Əmirovun bu posta yolunun açılması nazirin imkanlarını heçə endirib.

Çünki onun karyera yüksəlişi və prezidentin islahatçı komandasında iştirakı, dövlət başçısının inandığı adama çevrilməsi, ona etimad göstərilməsi vergilər nazirinin vitse-prezidentlik postuna yolunu qapadıb.

Daha sonra xəbər verilir ki, nazirliyin sahibkarları 2 il vergi yoxlamasından məhrum edilməsi, prezidentin çıxışların birində Vergilər Nazirliyinə sərt sözləri artıq onun taleyini həll etmişdi.

Qardaş ölkənin tanınmış “ABC” qəzeti vitse-prezidentin adını elan etmişdi. Qəzetin əldə etdiyi məlumata görə, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun yeni posta təyin olunacaq.

Bu həm də o deməkdir ki, prezident İlham Əliyev ölkədə olmadığı müddətdə onun vəzifələrini N.Əmirov yerinə yetirməlidir.

Qəzet növbəti vitse-prezidentin isə vergilər naziri Fazil Məmmədov olacağına diqqət çəkib. Ancaq əsasən N.Əmirovun üzərində dayanıb və onun daha şanslı namizəd olduğunu yazıb. Bildirilib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır və N.Əmirovun məsələsinə baxılır.

Hakimiyyət daxilində uğurlu namizəd kimi onun adı irəli sürülüb. Prezidentin də N.Əmirova etimad göstərdiyi bildirilir.

Hətta onu sürpriz persona da hesab etmək olar. Çünki deputat Qüdrət Həsənquliyevin adını çəkdiyi şəxslər sırasında prezidentin hazırki köməkçisi yox idi. Eyni zamanda N.Əmirov ümumilikdə hakimiyyətdə reformist məmur kimi tanınır. Yerli mətbuat qeyd edir ki, Vergilər Nazirliyindən gətirilərək prezident köməkçisi təyin olunması məhz iqtisadi biliklərinin yüksək səviyyədə olduğunu, operativ islahatlar görmək qabiliyyətinin olduğunu təsdiqləyir. Adı korrupsiyada keçməyib.

N.Əmirovun islahatçı olması və bürokratik əngəllərə qarşı mübarizə aparması hakimiyyətdə kök salmış bəzi talançı, korrupsioner məmurların ürəyincə olmayacaq.
Prezidentlə 1-ci vitse-prezidentin çiyin-çiyinə korrupsiya bəlasına qarşı mübarizə aparması odiozlaşmış qrupları narahat edəcək.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR