17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əliyevin Trampa zəngi ilə nazirin çıxışında sensasion əlaqə - İddialar
“Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır”. Bu açıqlama ilə nəqliyyat naziri Ziya Məmmədov çıxış edib.
Nazir bildirib ki, Trampla iş birliyimiz var: “İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub. Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar”.
Z.Məmmədovun açıqlamasında bir məmnunluq, rahatlıq hiss olunur. Nazir həmişə mediaya qarşı aqressiv və qapalı olub, jurnalistlərin suallarını yarımçıq qoyaraq telefonu asıb. Düzdür, bu dəfə də geniş danışmayıb və telefonu qapadıb.
Amma nazirin oğluna tərəf məsələni yönəltməsi, ondan soruşmağı məsləhət bilməsi, işbirliyi etirafı göstərir ki, Məmmədov xeyli rahatlaşıb. Nəqliyyat kralı arxayınlaşıb ki, Trampın qələbəsi onun hakimiyyətdə yüksəlişinə tramplin ola bilər.
Mənbənin sözlərinə görə, Məmmədovlar təzədən cəmiyyətə açılım etməyə başlayıb. Bundan qabaq nazirin sabiq deputat qardaşı Elton Məmmədov mətbuata danışmışdı.
Tramp qalib gəldiyi gün nazirin oğlu Anar Məmmədov onun qızı İvankanı təbrik etmişdi. Ardınca isə nazir telefonu açaraq mətbuata açıqlama verir.
Bütün bu proseslərin fövqündə president İlham Əliyevin ABŞ-ın yeni prezidenti Donald Trampa zəng etməsi dayanır. Ağ evin yeni sahibi dövlət başçısına bildirib ki, onun barəsində xoş sözlər eşidib.
Bu o deməkdir ki, Trampa Əliyev haqda müsbət fikirləri çatdıran Məmmədovlar, özəlliklə onunla birbaşa təması olan nazir oğlu çatdırıb. Eyni zamanda iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov prezident barədə Tramp ailəsinə müsbət məlumatlar verə bilər.
Ancaq nazir oğlunun daha çox informasiya verdiyi deyilir. Prezidentin Trampla telefon danışığının ardınca nazirin mediaya çıxması arasında müəyyən tellərin olduğu istisna edilmir. Z.Məmmədov arxayınlaşıb ki, danışmaq olar.
Qeyd edək ki, nəqliyyat naziri oğlunun ABŞ-ın yeni prezidenti ilə dost olması bu klanın iqtidarda yüksəlişi, siyasi rolunun dirçəlişinə təkan verə bilər.
Ziya Məmmədovun vitse-prezidentliyə yolunun açıldığı bildirilir. Rəsmi Bakı Vaşinqtonla yeni münasibətləri Anar Məmmədov hesabına qura bilər.
Trampın rəsmi Bakı ilə əlaqələrində yenilənmələr olacaq. Onun prezident seçilməsindən ən çox sevinən Məmmədovlar ailəsidir.
Nəqliyyat naziri Ziya Məmmədovun karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi ciddi tramplin ola bilər.
Məmmədovların yenidən iqtidarda yüksəlişi, öləziməkdə olan əlaqələrinin güclənməsi, bu klanın siyasi rolunun dirçəlişi gözləniləndir. İndi Məmmədovların çiçəyi çırtlayıb.
Donald Trampın ABŞ-ın prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovu şad-xürrəm edib. Məlumata görə, nazir sevincindən yerə göyə sığmır. Əldə etdiyimiz bilgilərdə iddia edilir ki, Z.Məmmədov Trampın şərəfinə ziyafət verib.Politika.Az