17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yaqub Eyyubov və Abid Şərifov istefaya gedir - ÖZƏL
Baş nazirin iki müavini istefaya göndərilir
Mənbənin dediyinə görə, baş nazirin müavinləri - Yaqub Eyyubov və Abid Şərifovun yerinə gənc kadrlar təyin oluna bilər. Yaş senzi ilə əlaqədar olaraq hər iki müavinin istefaya göndərilməsinə hazırlıq gedir.
Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var.
Onların çoxu pensiya yaşını artıq haqlayıb - 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).
Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.
Yada salaq ki, Əli Əhmədov həm də YAP-ın icra katibi, Əli Həsənov isə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Ancaq hələlik ilkin mərhələdə A.Şərifov və Y.Eyyubov nəzərdə tutulub.
Gürcüstanda baş nazir və müavinləri gənc kadrlardır. Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq. Emtv.a daha sonra politika.az-a istinadən mötəbər qaynaqlardan daxil olan xəbərdə iddia edilir ki, prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.
Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.
İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər. Dövlət başçısı iqtisadi böhranın aradan qaldırılması və ölkədəki maliyyə sabitliyini təmin edilməsi istiqamətində mühüm islahatlara başlayıb.
Prezidentin verdiyi qərarlar və antiböhran islahatları xalqın son ümid yeri olan İlham Əliyevə göstərdiyi etimadın növbəti dəfə doğrulmasıdır.
Prezidentin siyasi-iqtisadi, sosial və struktur, o cümlədən kadr islahatları davam etməkdədir. İ.Əliyevin fərmanları, sərəncamları birbaşa dövlətin və xalqın mənafeyinə uyğun qəbul olunur.
Azərbaycan prezidenti dünyada bu ilin ən islahatçı prezidenti seçilə bilər. Çünki heç bir ölkədə bu il ərzində bu qədər islahatlar həyata keçirən dövlət rəhbəri olmayıb.
Emtv.az