17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əli Əhmədov: “Azərbaycanda islahatların yeni mərhələsi başlanıb”
“Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlanıb və bundan sonra da ayrı-ayrı seqmentlər üzrə davam edəcək”.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın 24 illiyi münasibətilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə bildirib. O qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı şaxələnəcək, regionların iqtisadiyyatı yüksələcək, ölkədə iqtisadi inkişafın yeni modeli formalaşdırılacaq.
Ə. Əhmədov deyib ki, ən vacib amil təhlükəsizlikdir: “İnsanın həyatı təhlükəsiz olmasa, hər hansı iqtisadiyyatdan, var-dövlətdən söhbət gedə bilməz. Bu baxımdan Azərbaycan vətəndaşları əmin olmalıdırlar ki, onların təhlükəsizliyi əmin əllərdədir və buna əsasən iqtisadi inkişaf davam edəcək”.
Ə. Əhmədovun sözlərinə görə, YAP xalqın ona göstərdiyi etimadı doğrulda bilib: “1992-93-cü illərdəki vəziyyəti bugünkü yüksəklikdən baxıb təsəvvür etmək çətindir. O dövrdə xalq hərc-mərcliyə son qoyulacağı, iqtisadi tənəzzülün qarşısını alıb, islahatlara başlanacağı, erməni işğalının qarşısının alınacağı, ayrı-ayrı silahlı dəstələrin fəaliyyətinə son qoyulacağı ilə bağlı ümidlərini məhz Heydər Əliyevin şəxsiyyəti ətrafında görürdü və seçimini də düz etdi”.apa